Amerika Birləşmiş Ştatları bu gün Ukraynaya yeni hərbi yardım paketi ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Məlumata görə, yardımın ümumi dəyəri 425 milyon dollar təşkil edir:
Ayrılan vəsaitin 125 milyon dolları Ukraynaya kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün ayrılıb. Uzunmüddətli perspektivdə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün isə 300 milyon dollar ayrılıb.
Bizim.Media