Fələstin rəhbəri Mahmud Abbasın noyabrın 15-nə Moskvaya planlaşdırılan səfəri təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.
O, səfərin Fələstin tərəfinin istəyi ilə təxirə salındığını bildirib:
“Fələstin tərəfi regiondakı ağır vəziyyəti əsas gətirərək M.Abbasın ölkəni tərk edə bilmədiyini açıqlayıb. Biz də bu vəziyyəti anlayışla qarşılayırıq”.
Bizim.Media