“Fransa İsraillə Fələstin arasındakı münaqişələrdə bitərəf qala bilməz”.
Bizim.Media xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.
O qeyd edib ki, noyabrın 9-da paytaxt Parisdə humanitar konfrans təşkil ediləcək və orada İsrail-Fələstin münaqişəsi əsas müzakirə mövzusu olacaq.
“Terrorla mübarizə dinc əhaliyə fərq qoymadan hücum etmək demək deyil”, - deyə Makron vurğulayıb.
Qeyd edək ki, Fransada Qəzza zolağında baş verən münaqişə fonunda Fələstini dəstəkləmək, habelə bununla bağlı nümayişlər keçirmək qadağan edilib.
Bizim.Media