Ərəb ölkələri BMT-də Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnamənin səsverməsindən əvvəl Qərbi Ukrayna ilə şantaj ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Hollandiyanın NRC qəzeti məlumat yayıb.
Nəşr iddia edib ki, İordaniya xarici işlər naziri hollandiyalı həmkarı ilə telefon danışığında Avropa ölkələrinin bu qətnaməni dəstəkləməməsinin mümkün nəticələrini müzakirə edib. O, ərəb ölkələrinin dəstəyi olmadan Ukraynaya yardımın “mümkünsüz” olacağını iddia edib.
Qeyd edək ki, Hollandiya əvvəlcə İsrail və HƏMAS arasında dərhal atəşkəs tələb edən qətnamənin əleyhinə səs vermək istəyib, lakin bitərəf qalmaq qərarına gəlib.
Bizim.Media