Baş nazirdən aviasiya təhlükəsizliyi ilə bağlı QƏRAR  

Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi qaydası təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. 

Bu Qayda aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsinə dair tələbləri və icra mexanizminin əsaslarını müəyyən edir, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və digər beynəlxalq mülki aviasiya təşkilatlarının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi nəzərə alınmaqla, aviasiya subyektləri, həmçinin aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə üzərinə öhdəliklər götürmüş digər subyektlər (bundan sonra - yoxlanılan subyektlər) tərəfindən təhlükəsizlik sisteminin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 

Bu Qaydanın müddəaları mülki aviasiya sahəsində aviasiya təhlükəsizliyinin təmini məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən yoxlanılan subyektlərə münasibətdə aparılan yoxlamalara şamil olunur.
Bu Qaydanın məqsədi mülki aviasiya fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması üzrə tətbiq edilən tədbirlərin səmərəliliyinin artırılması, yoxlanılan subyektlərdə aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tətbiq olunan qayda və prosedurların Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”na (bundan sonra - Dövlət Proqramı) və Qaydalara uyğunluğunun müəyyən edilməsindən, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlərin təkmilləşdirilməsi və aviasiya təhlükəsizliyinin təmini sistemində aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına yönəldilmiş tədbirlərin müəyyən edilməsindən ibarətdir. 

Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamalar Aviasiya Agentliyi tərəfindən həyata keçirilir. Aviasiya Agentliyinin müvafiq sahədə yoxlamaların təşkil edilməsi üzrə vəzifələri aşağıdakılardır: 

- mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi sahəsində bu Qayda ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməsini təmin etmək;

- yoxlanılan subyektlər tərəfindən aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində qayda və prosedurların icra edilməsinə nəzarəti həyata keçirmək; 

- yoxlanılan subyektlərdə aviasiya təhlükəsizliyinin ICAO- nun beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq sahədə yoxlamaların təşkilini təmin etmək; 

- müvafiq sahədə yoxlamaların illik qrafikini hazırlamaq və mülki aviasiyanın təhlükəsizliyi üzrə təhdidlərin və risklərin qiymətləndirilməsi əsasında nəzarət tədbirlərinin prioritetliyini və dövriliyini müəyyən etmək; 

- müvafiq sahədə yoxlamaların qeydiyyatı sistemini yaratmaq və müvafiq sənədlərin saxlanılmasını və mühafizəsini təmin etmək; 

- müvafiq sahədə yoxlamaların nəticələrini təhlil etmək, aşkar edilmiş uyğunsuzluqların səbəblərini müəyyən etməklə, pozun- tuların və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək; 

- müvafiq sahədə yoxlamaların keçirilməsinə cəlb edilən müfəttişlərin uçotunu aparmaq; 

- aviasiya təhlükəsizliyi sahəsində aviasiya subyektlərindən əldə edilən məlumatların təhlil edilməsi üçün konfidensial hesabatlar sistemini yaratmaq; 

- müvafiq sahədə yoxlamaların həyata keçirilməsi zamanı hava limanı (aeroport) və ya aerodromlarda fəaliyyət göstərən dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyəti təşkil etmək; 

- yoxlanılan subyektlərdən aşkarlanmış nöqsanların aradan qaldırılmasına dair tədbirlər planının hazırlanmasını və Aviasiya Agentliyinə təqdim edilməsini tələb etmək; 

- aviasiya təhlükəsizliyinin Dövlət Proqramı və Qaydaların tələblərinə, ICAO-nun beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğunluğunun tələb edilən səviyyəsinin təmin olunması tədbirləri üzrə tövsiyələr hazırlamaq və metodiki göstərişlər vermək; 

Dövlət Proqramı və Qaydaların tələblərinə, ICAO-nun beynəlxalq standartlarının və tövsiyə olunan təcrübəsinin tələblərinə riayət etməyən yoxlanılan subyektlərə münasibətdə müvafiq tədbirlər görmək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Limonun içinə dəfnə yarpağı qoyun: Sınayanlar eyni təsiri bildirirlər

Limonun içinə dəfnə yarpağı qoyun: Sınayanlar eyni təsiri bildirirlər

İllər sonra Azərbaycana qayıdanlara vacib XƏBƏRDARLIQ

İllər sonra Azərbaycana qayıdanlara vacib XƏBƏRDARLIQ

Amerika ağ kəpənəyi evlərə daraşıb - VİDEO

Amerika ağ kəpənəyi evlərə daraşıb - VİDEO

Bu şəxslər boşana bilməz — Açıqlama

Bu şəxslər boşana bilməz — Açıqlama

BÜRCLƏRİN ən yaxşı dostları

BÜRCLƏRİN ən yaxşı dostları

Gülben Ergen “İnstagram”dan ayda 400 min QAZANIR

Gülben Ergen “İnstagram”dan ayda 400 min QAZANIR

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

Masallıda açıq ərazi yanır – VİDEO

Masallıda açıq ərazi yanır – VİDEO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Türkiyədə bələdiyyə sədri həbs edilib

Türkiyədə bələdiyyə sədri həbs edilib

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu ölkə adını DƏYİŞDİ

Bu ölkə adını DƏYİŞDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Ronaldo evlənir?

Ronaldo evlənir?

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

End of content

No more pages to load

RADİO