Sabah İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Türkiyəyə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Abdullahian türkiyəli həmkarı Hakan Fidan ilə görüşəcək. Görüş zamanı başda İsrail-Fələstin qarşıdurması olmaqla, bölgədə baş verən son hadisələrin müzakirə edilməsi ehtimal olunur.
Türkiyə və İran XİN rəhbərlərinin mediaya birgə açıqlama verəcəkləri də gözlənilir.
Bizim.Media