Xəbər verdiyimiz kimi, Fransada keçirilən etiraz aksiyaları zamanı bir sıra şəhərlərdə iğtişaşlar baş verib.
Bizim.Media xəbər verir ki, paytaxt Parisdə gərgin vəziyyət davam edir.
Etirazlar zamanı çəkilən videolarda Fransa Prezidenti Emmanuel Makrona qarşı təhdidlər səsləndirildiyi eşidilir.
“XVI Lüdovikin başını kəsdik! Makron, bunu təkrarlaya bilərik!” – deyə etirazçılar səsləndiriblər.
Qeyd edək ki, Lion şəhərində etirazçılar XIX əsrə aid tarixi binanı dağıdaraq yandırıblar.
Marseldə isə aksiya iştirakçıları meriyanın binasına daxil olublar.
Bizim.Media