Böyük savaşın İLK İŞARTILARI – Üçüncü Dünya Müharibəsi BAŞLASA...

Müxtəlif regionlarda münaqişələrin sayının artması insanlar arasında Üçüncü Dünya Müharibəsi barədə müzakirələrə səbəb olub. Bir qisim hesab edir ki, dünya bu müharibəyə doğru yol alıb, digərləri isə bunu real hesab etmir. 

Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. 
 

MÖVZU İLƏ BAĞLI:

Dağıstanda BÖHRAN SSENARİSİ – Yəhudilərə qarşı təxribat KİMİN PLANIDIR?


“Üçüncü Dünya Müharibəsi başlasa, bütün sivilizasiya məhv ola bilər”

Politoloq Qabil Hüseynlinin fikrincə, dünyadakı müharibələrin əksəriyyəti lokal xarakter daşıyır: 

“Üçüncü dünya müharibəsi nüvə silahının müşayiəti ilə başlaya bilər. Mən bunun reallaşacağına inanmıram. Nüvə silahını ixtira edən şəxslərdən biri olan alman alim Albert Eynşteyndən Üçüncü Dünya Müharibəsinin hansı silahla başlayacağını soruşublar.

O isə Üçüncü Dünya Müharibəsi haqqında nəsə deyə bilməyəcəyini bildirib və əlavə edib ki, Dördüncü Dünya Müharibəsinin hansı silahlarla başlayacağını deyə bilər. Bu isə ox və kamandır. 
Yəni Üçüncü Dünya Müharibəsi başlasa və kütləvi qırğın silahlarından istifadə olunsa, bütün sivilizasiya məhv ola bilər. Bu baxımdan az da olsa, ağlı olan adamların Üçüncü Dünya Müharibəsini başladacaqlarına inanmıram”. 

Politoloq Natiq Miri isə fərqli fikirdədir:

“Bu məsələ növbəti dəfə İsrailin Qəzzaya hücumundan, HƏMAS və Fələstin əleyhinə keçirdiyi əməliyyatların səviyyəsindən, eyni zamanda, ABŞ və onun müttəfiqləri çərçivəsində İsraili dəstəkləməsi və prosesə müdaxiləsindən asılıdır. 

Artıq çox ciddi bir qütbləşmə var. Bir tərəf Fələstinin haqlı olduğunu düşünür, İsrailin beynəlxalq hüququ pozduğunu dilə gətirirlər. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında 120 dövlətin məsələyə münasibətində də bunu gördük. 

Bundan əlavə, müsəlman ölkələrinin prosesə müdaxiləsi ehtimalı getdikcə artır. Bu, təkcə ərəb ölkələrinin münaqişəyə qoşulmaq istəyi ilə bağlı deyil. Həmin ölkələrdə ictimaiyyət hakimiyyəti məcbur edir ki, bu prosesdə Fələstinə ciddi şəkildə dəstək versinlər. 
Sözügedən münaqişədə Türkiyə kimi avanqard bir ölkə də mövcuddur. Türkiyə prosesdə aparıcı olmaqla bərabər, sülh əldə olunması üçün ciddi şəkildə diplomatik səylər göstərir”.

Politoloq vurğulayıb ki, prosesin gələcək yönünü İsrail və onu dəstəkləyən qüvvələr müəyyənləşdirəcək: 

“Üçüncü Dünya Müharibəsini müəyyənləşdirəcək qüvvələr ABŞ-ın dəstəklədiyi qütb olacaq. Artıq bunun işartıları özünü büruzə verir. Çin dövləti özünün donanmasını İsrail sərhədlərinə gətirib və bəyan edib ki, əgər müharibə başlasa və bu kontekstdə İran vurulsa, Çin prosesə müdaxilə edərək İranı müdafiə edəcək. Bu bəyanat münaqişənin ölçüsünün nə qədər böyük olduğunu ortaya qoyur. Bu xüsusda Üçüncü Dünya Müharibəsi olacaqsa, bunun məsuliyyəti ABŞ və onun rəhbərlik etdiyi koalisiyanın üzərinə düşəcək. 

Bu, realdırmı? Bəli... 

Son günlər ABŞ-nin rəsmi bəyanatlarından da hiss olunur ki, ABŞ belə bir təhlükəni hiss edir. Buna görə də prosesə daha ehtiyatlı yanaşır. Yəni onlar da fərqindədir ki, dünya çox sürətlə Üçüncü Dünya Müharibəsinə doğru istiqamətlənib. ABŞ-ın yürütdüyü siyasətdə ehtiyatlı olub-olmayacağını zamanla görəcəyik. Çünki Ağ Ev birmənalı olaraq İsrailə hərbi dəstək verməkdən imtina etməyib. ABŞ demək olar, hər gün bəyan edir ki, sona qədər İsraili dəstəkləyəcək”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kamil Zeynallı Tailandda “döyüldü” - VİDEO

Kamil Zeynallı Tailandda “döyüldü” - VİDEO

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

3 BÜRC üçün pul və uğur qapıları açılır

3 BÜRC üçün pul və uğur qapıları açılır

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Mahir Emreli yenə qol vurdu – VİDEO

Mahir Emreli yenə qol vurdu – VİDEO

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

End of content

No more pages to load

RADİO