Amerikanın həftəlik “Time” jurnalının növbəti sayı Ukrayna Prezidenti Volodimir Zelenskiyə həsr olunub.
Bizim.Media xəbər verir ki, jurnalın son sayının üz qabığında Zelenskinin fotosu ilə "Heç kim bizim qələbəmizə mənim qədər inanmır. Heç kim" sözləri həkk olunub və onun haqqında məqalə dərc edilib.
Materialda Zelenskinin Ukraynaya beynəlxalq yardım uğrunda mübarizəsindən, prezidentlik dövründəki çətinliklərdən və qlobal böhranların getdikcə çoxaldığından diqqəti Rusiya ilə müharibəyə yönəltməyin çətinliyindən bəhs edilir.
Məqalədə Ukraynadakı korrupsiya mövzusuna da toxunulub.

Bizim.Media