Azadlığını nazirliyin qoyunlarına qurban verdi

Zaqatalada dövlətə məxsus xırdabuynuzlu heyvanları oğurlayan şəxsə hökm oxunub.

Bizim.Media “qaynarinfo.az”a istinadla xəbər verir ki, məhkəmənin müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxs 2025-ci ilin iyun ayında Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən yaşayış evinə bitişik tövləyə qanunsuz daxil olaraq ümumilikdə 27 baş xırdabuynuzlu heyvan oğurlayıb.

Oğurlanan heyvanlardan 20 başı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinə (DMA), 7 başı isə ev sahibinə məxsus olub.

Nəticədə ƏƏSMN-in tabeliyində fəaliyyət göstərən DMA-ya 6 631.6 manat, heyvanların saxlandığı evin sahibinə isə 1 000 manat maddi ziyan dəyib.
 

İş materiallarına əsasən, təqsirləndirilən şəxs hadisədən bir gün əvvəl çay kənarında işləyərkən tövlədəki heyvanları görüb və pula ehtiyacı olduğu üçün onları oğurlamaq qərarına gəlib. Gecə saatlarında qapısında qıfıl olmayan tövləyə daxil olaraq heyvanları çıxarıb, çay yatağı ilə başqa bir bağa aparıb.


Onun ifadəsinə görə, daha sonra tanışına zəng edib həmin yerə gəlməsini istəyib. Tanışına heyvanları oğurladığını və pula ehtiyacı olduğunu dedikdən sonra həmin şəxs 5 baş heyvanı alacağını bildirib. Təqsirləndirilən şəxs qalan 22 baş heyvanı bağda saxlayaraq evinə gedib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ev sahibinə dəymiş 1000 manat maddi ziyanı ödədiyini, əməlindən peşman olduğunu və ilk dəfə məhkum edildiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş edib.

Zərərçəkmiş ev sahibi isə oğurluğun bir nəfər tərəfindən törədilməsinin mümkün olmadığını bildirib.

Onun sözlərinə görə, bu sayda heyvanın gecə saatlarında tövlədən çıxarılması və başqa yerə aparılması üçün ən azı bir neçə nəfərin iştirakı lazım olub. O, təqsirləndirilən şəxsin tanışının da məsuliyyətə cəlb edilməli olduğunu deyib.

DMA-nın nümayəndəsi isə məhkəmədə dövlətə vurulan ziyanın ödənilmədiyini bildirərək oğurlanmış dövlət əmlakının geri qaytarılmasını tələb edib.
 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Onun həbsdə və ev dustaqlığında olduğu 4 ay 17 gün müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Cem Yılmaz evə buraxıldı

Cem Yılmaz evə buraxıldı

"Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı

"Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı

Sabah saat 10:00-dan bu ərazilərdə qaz kəsiləcək

Sabah saat 10:00-dan bu ərazilərdə qaz kəsiləcək

Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi

Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi

Trabzonda Salahın adı yaşadığı küçəyə veriləcək

Trabzonda Salahın adı yaşadığı küçəyə veriləcək

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Ölkədə bank sistemindən kənar pul köçürmələrinin həcmi ARTDI

Ölkədə bank sistemindən kənar pul köçürmələrinin həcmi ARTDI

Bişkekdə İlham Əliyevlə Lukaşenko görüşdü - FOTO

Bişkekdə İlham Əliyevlə Lukaşenko görüşdü - FOTO

End of content

No more pages to load

RADİO