YAP-ın Xaçmaz Təşkilatının eks sədri Məhəmməd Balaqadaşov saxlanılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Gununsesi.info”ya açıqlama verib.
“Saxlanılmağım barədə məlumat doğru deyil. Bu xəbəri kimsə məqsədli ötürüb. Mən YAP-ın rayon təşkilatının sədri idim. Artıq bu vəzifədən də getdim. İndi evimdə oturmuşam”.
O, barəsində hər hansı istintaq hərəkətlərinin aparılıb-aparılmaması barədə suala isə belə cavab verib:
“Mən bu dəqiqə sizlə danışıram. İnanmırsınızsa, gəlin Xaçmaza”.
Bizim.Media