Ölkəmizdə dələduzluq piramidası quran malayziyalılara qarşı ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

Son aylarda ölkənin virtual məkanında "Ponzi" sxemi əsasında fəaliyyət göstərən "Any Unboxing" adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) çoxsaylı müraciətlər daxil olub.

Bu barədə Bizim.Media Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, piramidanı təşkil və idarə edən şəxslər onlayn qruplar vasitəsilə vətəndaşları bu sxemə cəlb ediblər. Sxemə qoşulan şəxslərə isə müxtəlif məbləğlər müqabilində virtual qutular satılıb. Onlara həmin qutuları hər gün açmaqla gəlir əldə edəcəkləri barədə həqiqətə uyğun olmayan vədlər verilib. Vətəndaşların bu proses zamanı qazandıqları virtual maliyyə vəsaitləri "Any Unboxing" tətbiqində onlar üçün yaradılmış profil hesablarında əks olunsa da, reallıqda həmin gəlirlərin heç bir iqtisadi əsası olmadığından onların nağdlaşdırılması mümkün olmayıb.

Bundan başqa, platformaya yeni üzvlər cəlb edən şəxslərə müxtəlif bonusların veriləcəyi də vəd olunub. Bu yolla təxminən 300 nəfərdən artıq vətəndaş "Any Unboxing" onlayn dələduzluq piramidasına cəlb edilib və onların hər birinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.
 

Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən olunub ki, piramida ölkə ərazisində Malayziya vətəndaşları 38 yaşlı Lee Kai Fatt, 34 yaşlı Ravi Sivadass tərəfindən təşkil edilib. Həmçinin bu qanunsuz fəaliyyətin insanlar arasında daha geniş yayılması və yeni iştirakçıların piramidaya cəlb olunması 34 yaşlı Arzu Musayeva, həmçinin 30 yaşlı Səbuhi Məmmədov tərəfindən həyata keçirilib. Əməliyyatın davamı olaraq R.Sivadass, A.Musayeva və S.Məmmədov saxlanılıb. Adı çəkilən digər şəxsin saxlanılması istiqamətində isə beynəlxalq axtarış elan edilib.


İş üzrə aparılan ilkin araşdırmalarla zərərçəkmiş şəxslərə ümumilikdə 2,5 milyon manata yaxın maddi ziyanın dəydiyi müəyyən edilib. İstintaq gedişi zamanı zərərçəkmişlərin sayının və onlara dəymiş maddi ziyanın məbləğinin artacağı istisna olunmur.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Sivadass, A.Musayeva və S.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərinə, həmçinin "Any Unboxing" tipli saxta qazanc vəd edən onlayn tətbiqlərə inanmamağa çağırırıq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Cem Yılmaz evə buraxıldı

Cem Yılmaz evə buraxıldı

"Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı

"Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı

End of content

No more pages to load

RADİO