“Livan İsrail və HƏMAS arasında müharibəyə daxil olmaqda maraqlı deyil”.
Bizim.Media “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu Livanın baş naziri Najib Mikati bəyan edib.
Mikati bildirib ki, o, ölkənin İsrail və HƏMAS arasında müharibəyə girməsinin qarşısını almaq üçün əlindən gələni edir.
Baş nazir həmçinin Qəzza zolağında atəşkəsin əldə edilməsi ilə mümkün "eskalasiya" arasında zamana qarşı real yarış olduğunu bildirib.
Qeyd edək ki, daha əvvəl Mikati bəyan edib ki, Livan ölkənin cənubunda cəbhə açmaqda maraqlı deyil, çünki "Livanlılar buna dözməyəcəklər".
Bizim.Media