Fələstin prezidenti Mahmud Abbas ərəb ölkələrinin rəhbərlərinə çağırış edib.
Bizim.Media xəbər verir ki, o, liderləriİsrailin Qəzza zolağına hücumlarını dayandırmaq üçün təcili toplantı keçirməyə çağırıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media