XİN Makronun Azərbaycan əleyhinə əsassız və qərəzli iddialarını qətiyyətlə PİSLƏDİ 

"Fransa Prezidenti Emmanuel Makronun oktyabrın 27-də Avropa İttifaqı Şurasının Brüsseldə keçirilmiş iclası çərçivəsində Azərbaycana qarşı səsləndirdiyi əsassız və qərəzli iddialarını qətiyyətlə pisləyir və rədd edirik". 

Bizim.Media xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqı Şurasının Brüssel toplantısı çərçivəsində iddialarına dair şərhində əksini tapıb. 

Bildirilib ki, onilliklər ərzində vasitəçi olarkən Azərbaycanın 20%-ə yaxın ərazisinin Ermənistan tərəfindən işğalına göz yuman və ərazilərimizdə separatizmi təşviq edən Fransanın Azərbaycan tərəfini Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaratmaqda ittiham etməsi gülünc və qəbuledilməzdir.
Fransa heç vaxt uğurlu vasitəçilik səyləri aparmayıb və onun keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə vasitəçiliyi Minsk Qrupu ilə birlikdə başa çatıb. Eynilə beynəlxalq öhdəliklərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın dəfələrlə Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, qondarma erməni rejiminin ləğvinə dair çağırışlarına baxmayaraq, Fransa tərəfi Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir iş görməyib. 

Qeyd edilib ki, Fransa Ermənistana yalan vədlər vermək əvəzinə, Ermənistana düzgün istiqamət versəydi Azərbaycana qarşı olan təhdidi güc yolu ilə həll etməyə ehtiyac olmazdı və məsələ sülh yolu ilə həll olunardı.

Məhz Fransanın iştirak etdiyi vasitəçilik səylərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib. 

Bu xüsusda, Fransanın mövqeyi onun keçmiş müstəmləkə bölgələrindəki mövcud vəziyyətdən dərs almaqdan imtina etdiyini nümayiş etdirir. Bunun əksinə, Fransa inadkarcasına Afrika və digər regionlardakı uğursuzluqlarını bölgəmizə əvvəlcədən uğursuzluğa məhkum olmuş müdaxiləsi ilə kompensasiya etməyə çalışır.

Əgər Fransa keçmiş müstəmləkələrindəki kövrək mövcudluğundan irəli gələn məsələləri daha az ağrısız həll etmək istəsə, Azərbaycan bu istiqamətdə vasitəçilik xidmətlərini təqdim edə bilər. 

Fransa bölgəmizdə sülh və sabitliyə mane olan təcavüzkar Ermənistanı dəstəkləmək və silahlandırmaq məqsədi daşıyan məkrli siyasətinə son qoymalıdır. 

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lerikdə ZƏLZƏLƏ oldu

Lerikdə ZƏLZƏLƏ oldu

Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb - FOTO

“ABŞ indiki şəraitdə Ukraynaya “Partiot” raketlərini verə bilməz” – Elmar Məmmədyarov

“ABŞ indiki şəraitdə Ukraynaya “Partiot” raketlərini verə bilməz” – Elmar Məmmədyarov

Nəriman Həsənzadə VƏFAT ETDİ

Nəriman Həsənzadə VƏFAT ETDİ

İlham Əliyev: “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik”– FOTO

İlham Əliyev: “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik”– FOTO

Limonun içinə dəfnə yarpağı qoyun: Sınayanlar eyni təsiri bildirirlər

Limonun içinə dəfnə yarpağı qoyun: Sınayanlar eyni təsiri bildirirlər

İllər sonra Azərbaycana qayıdanlara vacib XƏBƏRDARLIQ

İllər sonra Azərbaycana qayıdanlara vacib XƏBƏRDARLIQ

Amerika ağ kəpənəyi evlərə daraşıb - VİDEO

Amerika ağ kəpənəyi evlərə daraşıb - VİDEO

Bu şəxslər boşana bilməz — Açıqlama

Bu şəxslər boşana bilməz — Açıqlama

BÜRCLƏRİN ən yaxşı dostları

BÜRCLƏRİN ən yaxşı dostları

Gülben Ergen “İnstagram”dan ayda 400 min QAZANIR

Gülben Ergen “İnstagram”dan ayda 400 min QAZANIR

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

Masallıda açıq ərazi yanır – VİDEO

Masallıda açıq ərazi yanır – VİDEO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Türkiyədə bələdiyyə sədri həbs edilib

Türkiyədə bələdiyyə sədri həbs edilib

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu ölkə adını DƏYİŞDİ

Bu ölkə adını DƏYİŞDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

End of content

No more pages to load

RADİO