Moldovada Rusiyaya məxsus 22 televiziya kanalının internet səhifələrinə giriş məhdudlaşdırılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moldovanın
İnformasiya və Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiyanın “Rossiya 1”, “Rossiya 24”, “RT” “Birinci Kanal”, “NTV”, “TVC”, “Zvezda” telekanallarının internet səhifələrinə giriş bloklanıb.
Bizim.Media