ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracağını bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Tramp Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şaraa ilə görüşü zamanı "Hesab edirəm ki, biz bunu etməliyik. Bəli, mən bunu edəcəyəm", — deyə bildirib.
Xatırladaq ki, aprel ayında ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri öz qoşunlarının Suriyadan çıxarılmasını başa çatdırıb.
May ayının sonunda Tramp "Truth Social" sosial şəbəkəsində ABŞ-nin Türkiyədəki hazırkı səfiri Tom Barraki Suriya və İraq üzrə yeni xüsusi elçi təyin etdiyini bildirmişdi.
Bizim.Media