Misirin "Rafah" nəzarət-buraxılış məntəqəsindən Qəzza zolağına ərzaq, su və dərman vasitələri olan 20 yük avtomobili yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (HMKİ) Fələstindəki ofisinin direktor müavini Andrea di Domenikoməlumat verib.
Onun sözlərinə görə, Misirin Qırmızı Xaç Komitəsi Qəzzaya yardımın çatdırılması əməliyyatına rəhbərlik edir. Ancaq A.Domeniko bu yardımın 2,3 milyon fələstinli üçün yetərli olmayacağını qeyd edib.
“Bu yük avtomobilləri ən qısa zamanda tez, salamat və təhlükəsiz şəkildə Misirdən Qəzza sektoruna doğru irəliləməlidir”, - deyə, BMT-nin Baş katibi Antonio Quterriş Misirdəki Sülh sammitində bildirib.
Bizim.Media