Prezident Rəcəb Tayyib Ərdoğan güləşçi Rıza Kayaalpı 2026-cı ildə Albaniyada keçirilən Avropa Güləş Çempionatında 13-cü Avropa çempionluğu titulunu qazanması münasibətilə təbrik etmək üçün ona zəng edib.
Bizim.Media bu barədə Türkiyə KİV-nə istinadla xəbər verir.
Kayaalp 130 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə finalda macar Viteki 7-1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
13-cü Avropa çempionluq tituluna çatan Rıza Kayaalp rusiyalı Aleksandr Karelini üstələyərək adını güləş tarixinə həkk edib.
Prezident Ərdoğan Tiranada keçirilən yarışda tarix yazan və rekorda imza atan Rızaya zəng edib.
Türkiyə Güləş Federasiyasının prezidenti Taha Akgül telefonu Rıza Kayaalpa verərkən prezident Ərdoğan "Çempionluğunuz bizi sevindirdi. Allah sizə yar olsun, kömək olsun. Bu, rekorddur, sizi təbrik edirəm. Ailənizə salamlar. Çox sağ olun. Gözlərinizdən öpürəm" deyib.
Bizim.Media