Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər

Son dövrlər məlum olduğu kimi vətəndaşlar arasında "Card to Card" əməliyyatları geniş vüsət alıb. Bunun əsas səbəbi insanların vaxta qənaət edərək, daha rahat və sürətli formada bir-birinə pul köçürmələrini reallaşdıra bilmə imkanıdır.

Lakin bu əməliyyatlardan sui-istifadə edən şəxslər də az deyil. Belə ki, bəzi sahibkarlar vergilərdən yayınmaq məqsədilə əldə etdikləri gəlirləri gizlətmək üçün təqdim etdikləri malların, xidmət və ya işlərin dəyərini kassa aparatı, POS-terminal və ya bank hesabı vasitəsilə yox, sadəcə adi vətəndaş qismində öz adlarına açdırdıqları bank kartları ilə "Card to Card" köçürmələri həyata keçirərək qəbul etməyə çalışırlar. Bu cür halların qarşısını almaq məqsədilə banklar tərəfindən şübhəli hesab edilən kart əməliyyatlarına dair məlumatlar vergi orqanlarına təqdim olunur və vergi orqanları həmin vətəndaşlara bu əməliyyatlara görə vergilər hesablayır.

Bəs görəsən bu məsələ ilə əlaqədar qanunvericilik nə nəzərdə tutur?

Bizim.Media xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyasının üzvü, vergi sahəsi üzrə ekspert Elvin Şərifov "report.az”a açıqlamasında bildrib ki, "Banklar haqqında" qanunun 41-ci maddəsinə əsasən şəxsin kart məlumatları bank sirri kateqoriyasına daxildir və banklar bu məlumatları yalnız şəxsin özünə, onun səlahiyyətli nümayəndəsinə və ya yazılı razılığı əsasında digər üçüncü tərəflərə təqdim edə bilərlər.
 

"Yəni şəxs özü yazılı qaydada razılıq vermədiyi halda, bank onun kart məlumatlarını heç bir şəraitdə vergi orqanına ötürə bilməz. Bu qanunu pozan banklar isə qanunvericiliklə müəyyən edilmiş maddi məsuliyyət daşıyırlar. Başqa sözlə, belə vəziyyətlərlə üzləşən şəxslər banklara qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəmələrə müraciət etmək hüququna malikdirlər.


"Banklar haqqında" qanuna əsasən bank yalnız Vergi Məcəlləsində nəzərdə tutulmuş prosedura uyğun olaraq məlumatları vergi orqanına təqdim edə bilər ki, həmin məlumatlar da məhz adi vətəndaşa deyil, vergi ödəyicisinə, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aid olmalıdır. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi orqanları adi vətəndaşlara deyil, yalnız vergi ödəyicisinə aid olan bank məlumatlarını kredit təşkilatlarından tələb edə bilər", - E. Şərifov qeyd edib.

Eyni zamanda ekspert vurğulayır ki, Vergi Məcəlləsinə müvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də vergi orqanında vergi ödəyicisi qismində qeydiyyata alınmalıdır.

Əgər belə şəxslər qəsdən vergi uçotuna alınmaq üçün ərizə ilə müraciət etmirlərsə, vergi qurumları onları öz təşəbbüsü ilə vergi uçotuna alır və bu barədə onlara rəsmi bildiriş göndərirlər. Bundan əlavə, Vergi Məcəlləsinə görə gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi vergitutma obyektləri sırasına daxildir.

Vergi yoxlamaları aparıldıqda, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisinin xeyrinə olan şərtləri aydınlaşdırmalıdırlar.

"Beləliklə, vergi qanunvericiliyinə əsasən hətta bank məlumatlarını hər hansı formada əldə etmiş vergi orqanları həmin şəxslərin doğrudan da sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsbit etməli (həmin şəxsin VÖEN-nin mövcudluğu, hansı növ mal, iş və ya xidmət təqdim edib-etməməsi, kart hesabına daxil olan ödənişlərin mənbəyinin araşdırılması və sair) və buna tam əmin olduqdan sonra həmin şəxsi vergi uçotunda olmadığı təqdirdə onu qeydiyyata almalı və vergilərin hesablanması məsələsinə baxmalı, vergi uçotunda olduğu halda isə birbaşa vergilərin hesablanması prosesinə keçə bilər", - Vəkillər Kollegiyasının üzvü vurğulayır.

Başqa sözlə, vergi qanunvericiliyindən aydın görünür ki, vergi orqanları yalnız vətəndaşın banklardan əldə olunmuş bank məlumatlarını təhlil edərkən həmin şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sübuta yetirdikdə ona əlavə vergilərin hesablanmasını həyata keçirmək səlahiyyətinə malikdirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

20 min manatlıq limit sabahdan qüvvəyə minir

20 min manatlıq limit sabahdan qüvvəyə minir

End of content

No more pages to load

RADİO