Avropa Şurasının rəhbəri Şarl Mişel Qahirədə Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Mişel “X” hesabında məlumat verib.
“Qahirə sammiti çərçivəsində Prezident Abbasla görüşdüm. Fələstin-İsrail dövlətlərinin birgə yaşaması üçün sülhdən başqa alternativin olmadığını qeyd etdim”, - deyə Ş. Mişel qeyd edib.
O həmçinin Avropa İttifaqının bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu bildirib.


Bizim.Media