Fələstin-İsrail münaqişəsi nəticəsində iyirmidən çox jurnalist həlak olub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
Bildirilib ki, həlak olan 22 jurnalistdən 18-i fələstinli, 3-ü israilli, biri isə livanlıdır.
Bundan əlavə, səkkiz media işçisi yaralanıb, daha üç nəfər itkin düşüb və ya həbs olunub.
Bizim.Media