HƏMAS qüvvələrinin hərbi avadanlıqları arasında Türkiyə istehsalı olan silahların da olduğu iddia edilir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.
Nəşr yazır ki, Fələstinin HƏMAS müqavimət hərəkatının yeni görüntülərində əks olunan pilotsuz təyyarə Türkiyə istehsalı “Proton Elic rb-128” PUA-sıdır.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media