Xəbər verdiyimiz kimi, Qəzza zolağında Əl-Əhli xəstəxanasının atəşə tutulması nəticəsində 471 nəfər həlak olub. İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Eli Koen faciə ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrail mətbuatı yayıb.
Mənbə qeyd edir ki, rəsmi Təl-Əviv Qəzza zolağındakı xəstəxanaya edilən hücumda iştirakının olmaması ilə bağlı konkret sübutları bu gün BMT Təhlükəsizlik Şurasına təqdim edəcək.
Bizim.Media