İlhamə Qasımova: “Atamın itkisindən saçlarım ağardı, böyük zərbə aldım” - VİDEO

“Atamı itirdim. Bu mənim üçün gözlənilməz zərbə idi. Ona görə mən kənara çəkildim. İndi heç nə mənim üçün maraqlı deyil. Heç bir şeyin mənim üçün önəmi yoxdur artıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Sənətçi valideyninin qəfil vəfatından bir müddət sonra bir neçə qohumunu da itirdiyini açıqlayıb: 

“Bu itkilər tək atamla bitmədi. Atamı itirəndən sonra bir həftə sonra bibimi itirdim, bu yaxınlarda isə əmim qızını itirdim. İnsan bir az başqa cür artıq düşünür və həyata başqa cür baxır. Bəzi iddialı olan şeylər hansıları ki, istəyirsən, artıq boş görünür, önəmi yoxdur. İnsan yalnız xoşbəxt və yaxşılıqlarla yaşamalıdır ki, insanların qəlbində yaxşı insan kimi qalsın. Atamı itirəndən sonra hara gedirdimsə üzümə qapılar taybatay açılır. Atamın xətrini çoxsayda insanlar istəyirdi”. 

İlhamə atasının itkisi ilə barışa bilmədiyini dilə gətirib: 

“Ata itkisi dəhşətli bir hissdir. İnsanın dayağı gedir. Atamla çox yaxın idim. Hər bir işimi onunla paylaşırdım. Əgər bir işim yaxşı alınırdısa sevinərək atama zəng vurub onunla bölüşürdüm. O da mənə “əhsən, balam” deyib, dəstəkləyirdi. O sözləri artıq eşitməyəcəyəm (ağlayır). Evimizin dirəyi və dayağı idi. Evimizin hər bir işinin öhdəsindən o gəlirdi. Biz sonradan anladıq ki, o tək canı ilə nə qədər işlərin öhdəsindən gəlib ki, hansı ki, biz bir yerdə əlləşsək də o işin öhdəsindən gələ bilmərik”. 

Qasımova yaşadığı bu itkidən saçlarının ağardığını söyləyib: 

“Heç bir şeydən təsəlli almıram. Heç baxmaq da istəmirəm, çünki mənə pis təsir edir. Hazırda ümumiyyətlə evdən çölə çıxmıram. Evdə boş vaxtım olanda filmləri izləyirəm. Heç bir şey haqda düşünməyim və heç kimi də xatırlamayım. Bunları sözlə izah etmək olmaz. Uzun müddətdir saçıma rəng, boya qoymuram. Saçlarım ağarıb”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boşansalar Ronaldo Corcinaya nələr verəcək? -Müqavilənin detalları

Boşansalar Ronaldo Corcinaya nələr verəcək? -Müqavilənin detalları

“Qarabağ” azarkeşləri üçün 1500 yer ayrıldı

“Qarabağ” azarkeşləri üçün 1500 yer ayrıldı

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi -VİDEO

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi -VİDEO

Avropa öz ordusunu yaradır: NATO-ya alternativ, yoxsa yeni dayaq?

Avropa öz ordusunu yaradır: NATO-ya alternativ, yoxsa yeni dayaq?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

İran dronları Məsrur Bərzaninin ofisinə HÜCUM ETDİ

İran dronları Məsrur Bərzaninin ofisinə HÜCUM ETDİ

Azərbaycan XİN Qabonu təbrik etdi – FOTO

Azərbaycan XİN Qabonu təbrik etdi – FOTO

Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir - VİDEO

Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir - VİDEO

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

Sürücülük vəsiqəsi əlindən alındı

Sürücülük vəsiqəsi əlindən alındı

Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi – SİYAHI

Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi – SİYAHI

Bakıda futbol oynayan 26 yaşlı oğlan həyatını itirdi

Bakıda futbol oynayan 26 yaşlı oğlan həyatını itirdi

Bu şəxslər ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi – ADLAR

Bu şəxslər ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi – ADLAR

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildi –SƏRƏNCAM

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildi –SƏRƏNCAM

İranın dəhşətli müharibə hazırlığı üzə çıxdı: Bölgəni cəhənnəmə çevirmək və...

İranın dəhşətli müharibə hazırlığı üzə çıxdı: Bölgəni cəhənnəmə çevirmək və...

Sabirabadda yanğın törədən şəxs SAXLANILDI

Sabirabadda yanğın törədən şəxs SAXLANILDI

Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Ukraynanın sabiq Prezidenti ilə görüşdü – FOTO

İlham Əliyev Ukraynanın sabiq Prezidenti ilə görüşdü – FOTO

Son altı ayda Azərbaycanda təbii və texnogen hadisələr zamanı ölənlərin sayı AÇIQLANDI

Son altı ayda Azərbaycanda təbii və texnogen hadisələr zamanı ölənlərin sayı AÇIQLANDI

Telefonunuzu sıradan çıxaran ən çox yayılmış səhv

Telefonunuzu sıradan çıxaran ən çox yayılmış səhv

Ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərin SAYI

Ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərin SAYI

Rusiya Zaporojye və Xersona hücum etdi - Ölənlər var

Rusiya Zaporojye və Xersona hücum etdi - Ölənlər var

End of content

No more pages to load

RADİO