Avropa öz ordusunu yaradır: NATO-ya alternativ, yoxsa yeni dayaq?

Polşa baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski NATO daxilində Avropanın öz təhlükəsizliyinə daha çox məsuliyyət daşımasını təmin edəcək daimi Avropa qüvvələrinin yaradılmasının tərəfdarı olduğunu bildirib.

Onun sözlərinə görə, “Avropa legionu”na qitənin müxtəlif ölkələrindən təcrübəli hərbçilər, o cümlədən müharibə başa çatdıqdan sonra ukraynalı veteranlar cəlb oluna bilər.

Sikorski vurğulayıb ki, söhbət NATO-ya alternativ yaratmaqdan getmir. Legion Alyans daxilində Avropa komponentini gücləndirməli və NATO ilə rəqabət aparmamalıdır.

Polşanın “Avropa legionu” ideyası əslində klassik mənada vahid Avropa ordusu yaratmaqdan daha realist, lakin siyasi baxımdan kifayət qədər ambisiyalı layihədir. Bu ideyanı 2026-cı ilin əvvəlində Polşanın xarici işlər naziri Radoslav Sikorski gündəmə gətirib. Onun təklifinə görə, milli ordular birləşdirilməməli, əvəzində Aİ ölkələri və hətta namizəd dövlətlərin vətəndaşlarından ibarət ayrıca, başlanğıcda briqada səviyyəsində qüvvə yaradılmalıdır.

Niyə məhz indi?

Burada əsas səbəb Avropanın təhlükəsizlik arxitekturasının dəyişməsidir. Ukrayna müharibəsi göstərdi ki, Avropanın iqtisadi gücü ilə hərbi imkanları arasında ciddi fərq var. Digər tərəfdən, ABŞ-ın Avropanın təhlükəsizliyində əvvəlki qədər böyük rol oynayıb-oynamayacağı barədə müzakirələr güclənib.

Polşa bu dəyişiklikləri xüsusilə ciddi qəbul edir. Varşava həm müdafiə xərclərini artırır, həm də NATO-nun şərq cinahında daha böyük rol oynamağa çalışır. 2026-cı ilin iyulunda Polşa hökuməti Fransa və Britaniya qüvvələrinin iştirakı ilə təlimlərə ev sahibliyi edəcəyini və ölkəsində müttəfiq qüvvələrin daimi yerləşməsi üçün infrastruktur hazırlayacağını açıqlayıb

“Avropa legionu” NATO-ya alternativdir?

İndiki halda bu qətiyyən belə görünmür. Sikorskinin öz yanaşmasına görə, bu qüvvə Rusiya kimi böyük hərbi gücə qarşı NATO-nu əvəz edəcək ordu deyil. O, daha çox Şimali Afrika, Balkanlar və Avropanın yaxın ətrafında aşağı və orta intensivlikli böhranlara operativ müdaxilə edə biləcək qüvvə kimi düşünülür.

Bu, çox mühüm məqamdır. Çünki Avropa İttifaqının əsas problemi yalnız hərbi texnika çatışmazlığı deyil, siyasi qərarın sürətlə qəbul edilməsi və həmin qərarı icra edəcək daimi hərbi mexanizmin zəifliyidir.

Başqa sözlə, “Avropa legionu”nun əsas üstünlüyü tank və təyyarələrin sayından çox hazır vəziyyətdə olan, müxtəlif ölkələrin hərbçilərindən formalaşmış vahid struktur yaratmaq ola bilər.

Polşanın məqsədi yalnız Avropanı müdafiə etmək deyil

Burada Polşanın xüsusi marağı açıq görünür. Polşa Avropanın şərqində yerləşir və Rusiya ilə bağlı təhlükəsizlik məsələlərinə Qərbi Avropadan daha sərt yanaşır. Buna görə Varşava istəyir ki, Avropanın təhlükəsizlik siyasətində əsas söz sahiblərindən birinə çevrilsin.

Bu baxımdan “Avropa legionu” Polşaya iki üstünlük verə bilər.

Birincisi, Avropanın müdafiə siyasətində siyasi çəkisini artırmaq;

İkincisi, Şərqi Avropanın təhlükəsizlik gündəmini Brüssel səviyyəsinə çıxarmaq...

Maraqlıdır ki, Sikorski bu ideyanı daha əvvəl də müdafiə edib və 2024-cü ildə 5–10 min nəfərlik könüllü “Avropa legionu” ideyasından danışıb.

Ən böyük problem: kim əmr verəcək?

Layihənin ən çətin tərəfi məhz budur. Əgər legion Aİ büdcəsindən maliyyələşirsə, siyasi baxımdan kimə tabe olacaq? Avropa Komissiyasına? Avropa Şurasına? Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinə? Yoxsa ayrıca hərbi komandanlığa?
 

Sikorskinin ilkin konsepsiyasında legionun Aİ büdcəsindən maliyyələşməsi və Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin siyasi nəzarəti altında olması nəzərdə tutulurdu.


Bu isə Avropanın ən həssas problemlərindən birini ortaya çıxarır. Ən azı  27 Avropa ölkəsi təhlükəsizlik məsələsində eyni siyasi qərara gəlməlidir.

Üstəlik, üzv ölkələrin hamısı hər bir əməliyyatı dəstəkləməlidir. Çünki bir ölkə əməliyyata qarşı çıxırsa, legion hərəkət edə bilməyəcək. Üstəlik hərbi razılaşma günlərlə və bəlkə aylarla çəkə bilər. Bu isə ordunun operati hərəkətinə ciddi əngəllər yarada bilər.

Ukrayna faktoru

2026-cı ildə ideyanın daha geniş müzakirəyə çıxmasının başqa bir tərəfi də Ukraynadır. Ukrayna müharibəsi Avropaya böyük miqyasda real döyüş təcrübəsi qazandırıb. Buna görə gələcək Avropa təhlükəsizlik strukturlarında Ukrayna hərbçilərinin təcrübəsindən istifadə edilməsi ideyası getdikcə daha çox səslənir.

Lakin burada həssas bir məqam var. Ukraynanın döyüş təcrübəsi Avropa üçün böyük resurs ola bilər. Amma müharibədən çıxmış ölkənin öz təhlükəsizlik ehtiyacları da nəzərə alınmalıdır.
 

“Avropa legionu” ideyasının əsl əhəmiyyəti onun neçə min hərbçidən ibarət olacağında deyil. Əsas məsələ Avropanın təhlükəsizlik sahəsində ABŞ-dan daha çox öz imkanlarına söykənmək istəyinin institusional formaya çevrilməsidir.


Amma burada bir paradoks var. Avropa həm strateji muxtariyyət istəyir, həm də NATO-nu zəiflətmək istəmir. Buna görə ən real model NATO-nu əvəz edən “Avropa ordusu” yox, NATO ilə paralel fəaliyyət göstərən, Aİ-nin böhranlara sürətli müdaxilə imkanını artıran məhdud, peşəkar və daimi qüvvə ola bilər.

Polşanın təklifi də məhz bu baxımdan əhəmiyyətlidir. Varşava artıq “Avropanı kim qoruyacaq?” sualına sadəcə Vaşinqtonun cavab verməsini gözləmək əvəzinə, Avropanın öz hərbi məsuliyyətini artırmasını tələb edir. Bu isə Ukrayna müharibəsindən sonra Avropada yaranan ən ciddi geosiyasi dəyişikliklərdən biridir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

End of content

No more pages to load

RADİO