Boşansalar Ronaldo Corcinaya nələr verəcək? -Müqavilənin detalları

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə həyat yoldaşı Corcina Rodrigesin imzaladığı nikah müqaviləsinin detalları açıqlanıb.

Bizim.Media xəbər verir ki, müqavilə avqustun 10-da, cütlük evlənmədən cəmi 24 saat əvvəl Lissabondakı notarius ofisində imzalanıb.
 

Portuqaliya mətbuatının, daha sonra isə "MARCA"nın yaydığı məlumatlara görə, müqaviləyə əsasən, Madriddə milyonlarla avro dəyərində olan daşınmaz əmlakın Corcinaya veriləcəyi iddia olunur.


Bundan başqa, boşanacaqları təqdirdə Ronaldonun xanımına ömürlük hər ay 100 min avro aliment ödəyəcəyi bildirilir. Bu şərtin cütlüyün qızı Alana Martinanın dünyaya gəlməsindən sonra müəyyənləşdirildiyi bildirilir. Məqsədin Corcinanın və cütlüyün övladlarının maddi təhlükəsizliyini təmin etmək olduğu qeyd edilir.

Müqavilənin digər şərti isə Madridin dəbdəbəli "La Finca" yaşayış kompleksində yerləşən ailə evinə aiddir.

Bildirilir ki, münasibət başa çatarsa, Corcina Ronaldonun malikanəsinin mülkiyyətini özündə saxlayacaq. Sözügedən evin dəyərinin təxminən 6,8 milyon dollar olduğu bildirilib.

Məlumata görə, tərəflər bir-birinin şəxsi sərvətinə hüquq iddia edə bilməz. Eyni məlumatda Ronaldonun sərvətinin təxminən 1,2 milyard dollar, Corcinanınkının isə 10 milyon dollar olduğu qeyd edilib.

Portuqaliyalı ulduzun bu ilin əvvəlində təxminən 1,4 milyard dollar sərvətə sahib olduğu açıqlanıb. Onun var-dövləti futbol gəlirləri, bizneslər, daşınmaz əmlak və lüks aktivlər arasında bölünüb.
 

Ronaldonun kommersiya maraqları arasında hotellər, fitnes zalları, padel klubu, geyim markası və film studiyası var. Bundan başqa, onun təxminən 30,5 milyon dollar dəyərində avtomobil kolleksiyasına, 82 milyon dollardan çox dəyəri olan lüks daşınmaz əmlaka, həmçinin şəxsi təyyarə və yaxtaya sahib olduğu bəllidir.


“Əl-Nəsr” klubundan əldə etdiyi gəlirlər də onun əsas qazanc mənbələrindən biridir. "The Sun" qəzetinin məlumatına görə, Ronaldonun gündəlik maaşı təxminən 666 min dollar təşkil edir.
Corcina isə modellik və sosial media sahələrində öz kommersiya karyerasını qurub. Onun “I Am Georgina” adlı "Netflix" serialı isə Ronaldonun şəxsi həyatından bəhs edir.

Nikah müqaviləsi hər iki tərəfin maliyyə müstəqilliyini qorumasına imkan verir və münasibətlərin sona çatacağı təqdirdə Corcinanın əldə edəcəyi maddi təminatı müəyyənləşdirir.

Qeyd edək ki, bu məlumatların nikah müqaviləsinin rəsmi sənədi ilə təsdiqlənib-təsdiqlənmədiyi barədə məlumat yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO

Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto

Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada -Foto

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada -Foto

Ən gənc general-leytenant oldu

Ən gənc general-leytenant oldu

Dövlət qulluqçularının adından dələduzluq edən şəxslər TUTULDU - VİDEO

Dövlət qulluqçularının adından dələduzluq edən şəxslər TUTULDU - VİDEO

Ukraynanın səfiri İlham Əliyevə TƏŞƏKKÜR ETDİ – FOTO

Ukraynanın səfiri İlham Əliyevə TƏŞƏKKÜR ETDİ – FOTO

Pensiyalarla bağlı vacib məlumat

Pensiyalarla bağlı vacib məlumat

Çin avtomobilləri BAHALAŞACAQ

Çin avtomobilləri BAHALAŞACAQ

Nigar Cəbrayılova Fuad Nağıyevin müşaviri oldu

Nigar Cəbrayılova Fuad Nağıyevin müşaviri oldu

İnək südündəki bu zülal bitkilərdən əldə edildi

İnək südündəki bu zülal bitkilərdən əldə edildi

187,2 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

187,2 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

SEPAHErmənistana"gizli sistem"satıb -GÖRÜNTÜ

SEPAHErmənistana"gizli sistem"satıb -GÖRÜNTÜ

Boşansalar Ronaldo Corcinaya nələr verəcək? -Müqavilənin detalları

Boşansalar Ronaldo Corcinaya nələr verəcək? -Müqavilənin detalları

“Qarabağ” azarkeşləri üçün 1500 yer ayrıldı

“Qarabağ” azarkeşləri üçün 1500 yer ayrıldı

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi -VİDEO

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi -VİDEO

Avropa öz ordusunu yaradır: NATO-ya alternativ, yoxsa yeni dayaq?

Avropa öz ordusunu yaradır: NATO-ya alternativ, yoxsa yeni dayaq?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

İran dronları Məsrur Bərzaninin ofisinə HÜCUM ETDİ

İran dronları Məsrur Bərzaninin ofisinə HÜCUM ETDİ

Azərbaycan XİN Qabonu təbrik etdi – FOTO

Azərbaycan XİN Qabonu təbrik etdi – FOTO

Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir - VİDEO

Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir - VİDEO

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

End of content

No more pages to load

RADİO