Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə irimiqyaslı əməliyyat keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, “Narkogüc” kod adı verilən əməliyyat ölkənin 34 vilayətində baş tutub:
“Nəticədə Türkiyə ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 190 nəfər saxlanılıb”.
Bizim.Media