“Britaniyanın yəhudi icmasını qorumaq üçün əlimdən gələni edəcəyəm”.
Bizim.Media xəbər verir ki, bu barədə özünün “X” hesabında Britaniyanın baş naziri Rişi Sunak ölkədə yaşayan israillilərə hədə-qorxu gələnlərə xəbərdarlıq edib.
“İnternet vasitəsilə və ya küçələrimizdə qorxuducu davranış və utancverici antisemitizm vasitəsilə gərginliyi artırmağa çalışanlara səslənirəm. Burada “yox”, Britaniyada “yox”. Bunu bizim ölkədə edə bilməyəcəksiniz”, - deyə Sunak bildirib.
Qeyd edək ki, bu gün Londonda Fələstinə dəstək məqsədilə nümayişlər keçirilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Buna cavab olaraq İsrail ordusu "Dəmir Qılınclar" əməliyyatına başlayıb.





Bizim.Media