HƏMAS-ın İsrailə hücumu nəticəsində 12 Ukrayna vətəndaşı həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi hücumlar nəticəsində 8 ukraynalı itkin düşüb.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Buna cavab olaraq İsrail ordusu "Dəmir Qılınclar" əməliyyatına başlayıb.
Bizim.Media