Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclası KEÇİRİLDİ - YENİLƏNİB/FOTO/VİDEO 

Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclası KEÇİRİLDİ - YENİLƏNİB/FOTO/VİDEO 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətinin oxunması ilə öz işinə başlayıb. 

Ölkə başçısının müraciətində post-münaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. 

Müraciətdə, həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun "Yaşıl Keçid və Qarşılıqlı Əlaqəlilik” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb. 

İƏT-in sədri qismində açılış nitqində nazir Ceyhun Bayramov "Yaşıl Keçid və Qarşılıqlı Əlaqəlilik” mövzusuna əsaslanan sədrliyimiz dövründə tərəfimizdən irəli sürülən təşəbbüslərə göstərilən dəstək və aktiv iştirakçılığa görə təşəkkürünü ifadə edib. 

"İƏT Baxışı - 2025" sənədində də əks olunmuş regional bağlantıların inkişafı, iqtisadi transformasiya, yaşıl enerji kimi prioritetlərin bundan sonra da irəlilədəcəyinə dair inamını ifadə edib. 

Daha sonra milli səviyyədə çıxış edən nazir Ceyhun Bayramov, İƏT-ə sədrliyimiz dövründə Təşkilatın digər regional və beynəlxalq platformalarla əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri məmnunluqla qeyd edib. 

Bundan sonra da müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğumuz, bu xüsusda Təşkilatın 2 ixtisaslaşdırılmış qurumu İƏT Enerji Mərkəzi və İƏT Tədqiqat Mərkəzinə ev sahibliyi etməyimizin müvafiq sahələr üzrə əməkdaşlığa verdiyimiz töhfənin göstəricisi olduğu bildirilib.

Bölgədə mövcud vəziyyət və post-münaqişə dövrünün reallıqları barədə iştirakçılara məlumat verən nazir Ceyhun Bayramov, ölkəmizin hər zaman regional sülh və təhlükəsizliyə hədə törədən qeyri-qanuni erməni silahlı qüvvələrinin bölgədə mövcudluğuna beynəlxalq diqqəti çəkmək üçün səy göstərdiyini qeyd edib. 
Bölgədə sülh və reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna son qoyan lokal anti-terror tədbirlərindən bəhs edən nazir Ceyhun Bayramov, bu tədbirlərin nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin intensivləşdiyini diqqətə çatdırıb.

Hazırda yerli erməni sakinlərin iqtisadi, sosial, humanitar ehtiyaclarının qarşılanması istiqamətində işçi qrupunun yaradılmasının, aidiyyəti üzrə tədbirlərin görülməsinin və Azərbaycan Hökumətinin nümayəndəsi ilə həmin sakinlərin nümayəndələri arasında dualoqun davam etdirilməsinin bölgədə guya "etnik təmizləmə" aparılması ilə bağlı iddiaların əssassız olduğunu bir daha sübut etdiyi vurğulanıb.

Bu xüsusda, Azərbaycanın bölgədə sülh və reinteqrasiya üçün yaranmış tarixi fürsətin əldən verilməməsi, Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyi, habelə ərazilərimizdə yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. 

Daha sonra iclas üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, İƏT çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı ilə bağlı təşəbbüs və təkliflər, habelə iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi ilə davam edib. 

İclas zamanı, həmçinin özündə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiyaların açılması istiqamətində görülən işlər, xüsusilə bu istiqamətdə Azərbaycan və İran arasında yeni dəmiryolunun inşasını nəzərdə tutan 6 oktyabr 2023-cü il tarixli niyyət protokolu və keçirilən təməlqoyma mərasimi barədə məlumatın da əks olunduğu İƏT bölgəsində Yaşıl Keçid və Qarşılıqlı Əlaqəlilik üzrə Şuşa Bəyannaməsi qəbul olunub. 

Sonda iclasın yekunlarına dair gələcək regional əməkdaşlığın gələcək addımlarını müəyyən edən bəyanat qəbul olunub, habelə Azərbaycanda təsis olunmasına qərar verilən İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi Türkiyə tərəfindən imzalanıb. 

Daha sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İƏT baş katibi Xusrav Noziri iclasın yekunları ilə bağlı mətbuata bəyanatlarla çıxış ediblər. 

Mətbuat konfransında çıxış edən nazir Ceyhun Bayramov, İƏT-ə sədrliyimizin ən önəmli tədbiri olan Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın tarixi şəhəri, o cümlədən İƏT-in Turizm Paytaxtı Şuşada keçirilməsinin simvolik əhəmiyyət daşıdığını qeyd edib. İclas çərçivəsində qəbul olunmuş Şuşa Bəyannaməsinin İƏT çərçivəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inam ifadə olunub. 


*** 15:02

Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilir. 

Bizim.Media xəbər verir ki, əvvəlcə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub. 

Müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb.

Həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb. 

İƏT-in sədri qismində açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanın “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” mövzusuna əsaslanan sədrliyi dövründə ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslərə göstərilən dəstəyə və fəal iştirakçılığa görə təşəkkürünü bildirib.

O, eyni zamanda, “İƏT Baxışı – 2025” sənədində də əks olunmuş regional bağlantıların inkişafı, iqtisadi transformasiya, “yaşıl enerji” kimi prioritetlərin bundan sonra da irəlilədəcəyinə inamını ifadə edib. 

Daha sonra milli səviyyədə çıxış edən nazir ölkəmizin İƏT-ə sədrliyi dövründə Təşkilatın digər regional və beynəlxalq platformalarla əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri qeyd edib.

Ölkəmizin müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğu, bu xüsusda Təşkilatın ixtisaslaşdırılmış iki qurumuna - İƏT Enerji Mərkəzi və İƏT Tədqiqat Mərkəzinə ev sahibliyi etməsinin müvafiq sahələr üzrə əməkdaşlığa verilən töhfənin göstəricisi olduğu bildirilib. 

Bölgədə mövcud vəziyyət və postmünaqişə dövrünün reallıqları barədə danışan nazir Ceyhun Bayramov Azərbaycanın hər zaman regional sülh və təhlükəsizliyə təhdid yaradan qeyri-qanuni erməni silahlı qüvvələrinin bölgədə mövcudluğuna beynəlxalq diqqəti çəkmək üçün səy göstərdiyini vurğulayıb.
Bölgədə sülh və reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna son qoyan lokal antiterror tədbirlərindən bəhs edən Ceyhun Bayramov bu tədbirlər nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin intensivləşdiyini diqqətə çatdırıb.

Hazırda yerli erməni sakinlərin iqtisadi, sosial, humanitar ehtiyaclarının qarşılanması istiqamətində işçi qrupunun yaradılmasının, aidiyyəti üzrə tədbirlərin görülməsinin və Azərbaycan Hökumətinin nümayəndəsi ilə həmin sakinlərin nümayəndələri arasında dialoqun davam etdirilməsinin bölgədə guya “etnik təmizləmə” aparılması ilə bağlı iddiaların əsassız olduğunu bir daha sübut etdiyi vurğulanıb.

Bu xüsusda, Azərbaycanın bölgədə sülh və reinteqrasiya üçün yaranmış tarixi fürsətin əldən verilməməsi, Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyi, habelə ərazilərimizdə yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. 

İclas üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, İƏT çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı ilə bağlı təşəbbüs və təkliflərin, habelə iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi ilə davam edir. 


*** 13:27

Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclası başlayıb. 

Bizim.Media xəbər verir ki, toplantıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri və təşkilata üzv olan digər dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri və təmsilçiləri iştirak edirlər. 

Bundan başqa, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu müşahidəçi qismində tədbirdə iştirak edir. 

İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndirilir, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunur.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür. 



Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclası KEÇİRİLDİ - YENİLƏNİB/FOTO/VİDEO  - foto 1


Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclası KEÇİRİLDİ - YENİLƏNİB/FOTO/VİDEO  - foto 2

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Azərbaycandan göndərilən növbəti humanitar yardım Ukraynaya təhvil verildi – FOTO

Azərbaycandan göndərilən növbəti humanitar yardım Ukraynaya təhvil verildi – FOTO

Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

AKP-çilərin “müttəfiqi”ndən Türkiyəyə bayram “hədiyyəsi” – Cümhuriyyət bayramı günü Fələstin lideri Yunan Kiprində

AKP-çilərin “müttəfiqi”ndən Türkiyəyə bayram “hədiyyəsi” – Cümhuriyyət bayramı günü Fələstin lideri Yunan Kiprində

Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi

Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi

Rusiya Kiyev vilayətində quşçuluq fabrikinə zərbə endirdi

Rusiya Kiyev vilayətində quşçuluq fabrikinə zərbə endirdi

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit həlak oldu

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit həlak oldu

Yüz manatlıq geyimin pulunu bir qəpiklərlə də ödəyə bilərsiniz – Marketlər imtina edərsə...?

Yüz manatlıq geyimin pulunu bir qəpiklərlə də ödəyə bilərsiniz – Marketlər imtina edərsə...?

Paşinyan: "Müstəqillik Bəyannaməmizin mətni antidövlət xarakterlidir"

Paşinyan: "Müstəqillik Bəyannaməmizin mətni antidövlət xarakterlidir"

Evdən çıxanda telefonun bu funksiyalarını söndürün

Evdən çıxanda telefonun bu funksiyalarını söndürün

Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir? - Foto

Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir? - Foto

“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

Evdə çəkilən foto ünvanınızı tapa bilər - ABŞ-da yeni süni intellekt qalmaqalı

Evdə çəkilən foto ünvanınızı tapa bilər - ABŞ-da yeni süni intellekt qalmaqalı

Bu sahələrə ƏDV tətbiq olunmayacaq

Bu sahələrə ƏDV tətbiq olunmayacaq

Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı

Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı

Rusiya ordusu Dneprdə elektrik qatarına hücum etdi: 13 ölü, 5 yaralı var - VİDEO

Rusiya ordusu Dneprdə elektrik qatarına hücum etdi: 13 ölü, 5 yaralı var - VİDEO

Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım etdi – FOTO

Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım etdi – FOTO

ADY-dən sərnişinlərə çağırış: Qatarda əşya unudularsa, nə etməli? – VİDEO

ADY-dən sərnişinlərə çağırış: Qatarda əşya unudularsa, nə etməli? – VİDEO

Canavar səkkiz yaşlı qıza hücum etdi

Canavar səkkiz yaşlı qıza hücum etdi

Məktəbdə jurnalistin hücuma məruz qalmasına Mətbuat Şurasından REAKSİYA

Məktəbdə jurnalistin hücuma məruz qalmasına Mətbuat Şurasından REAKSİYA

Qurban Qurbanov “Fənərbaxça”nın baş məşqçisi postuna namizəddir?

Qurban Qurbanov “Fənərbaxça”nın baş məşqçisi postuna namizəddir?

Azərbaycan Türkiyə və Rusiyanı geridə qoydu – Gürcüstanda gözlənilməz VƏZİYYƏT

Azərbaycan Türkiyə və Rusiyanı geridə qoydu – Gürcüstanda gözlənilməz VƏZİYYƏT

Hacı Vəliyevin cəzası azaldıldı

Hacı Vəliyevin cəzası azaldıldı

Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO

Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO

End of content

No more pages to load

RADİO