İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib. 

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan yenə AK Partinin sədri seçilib


"Hörmətli cənab Prezident, 

Əziz Qardaşım, 

Türkiyə Respublikasının aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayının keçirilməsi və Sizin yekdilliklə Partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və rəhbərlik etdiyiniz partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm.
Bu, milli iradənin ifadəsi, Ədalət və İnkişaf Partiyasının üzvlərinin Sizə olan sonsuz inam, etimad və dəstəyinin aşkar təzahürü, qardaş Türkiyənin inkişafı və yüksəlişi naminə göstərdiyiniz xidmətlərə verilən ali qiymətdir. 

Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayı Türkiyə Respublikasının ictimai-siyasi həyatında tarixi hadisədir. Əminəm ki, Qurultayda qəbul olunmuş mühüm qərarlar partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə, qardaş xalqınızın rifahı naminə qarşıya qoyulmuş yeni hədəflərə çatmağa, ölkənizin yeni sosial-iqtisadi inkişaf mərhələsini təmin edəcək “Türkiye Yüzyılı” baxışının həyata keçməsinə müstəsna töhfə verəcəkdir. 

Qurucusu və rəhbəri olduğunuz Ədalət və İnkişaf Partiyası yarandığı gündən özünün proqram müddəalarına, bəyan etdiyi prinsip və amallara sadiqlik nümayiş etdirərək Türkiyə dövləti və xalqı qarşısında ləyaqətlə və şərəflə xidmət etmiş, hər bir sahədə böyük uğurlara imza atmış, ölkənizin qlobal güc mərkəzinə çevrilməsinə və beynəlxalq aləmdə yüksək nüfuz qazanmasına müvəffəq olmuşdu.

Bütün bu nailiyyətlərdə Sizin əvəzsiz rolunuz və misilsiz əməyiniz vardır. Məhz buna görə Sizin adınız Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunub. 

Biz də Sizin müdrik və qətiyyətli rəhbərliyiniz altında Türkiyənin qazandığı uğurlara, onun dünyada artan nüfuzuna sevinir, bundan qürur duyuruq. Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, hazırda Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi nümunəvi xarakter daşıyır və özünün ən yüksək zirvəsindədir.

Qarşılıqlı etimad, dəstək və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz, eyni zamanda, regional əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir. 

Əminəm ki, qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan ilə Türkiyə arasında münasibətlər birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir. 

Bir daha Sizə və Ədalət və İnkişaf Partiyasının hər bir üzvünə ən səmimi təbriklərimi çatdırır, partiyanın işinə bundan sonra da müvəffəqiyyətlər, qardaş Türkiyə dövlətinə və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Manatla geniş pul kütləsi ARTIB

Manatla geniş pul kütləsi ARTIB

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

End of content

No more pages to load

RADİO