İlham Əliyev ÜST-ün Avropa üzrə regional direktorunu QƏBUL ETDİ - VİDEO

İlham Əliyev ÜST-ün Avropa üzrə regional direktorunu QƏBUL ETDİ - VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib. 

Bizim.Media xəbər verir ki, Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun salamlarını dövlət başçısına çatdırıb. 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Tedros Adhanom Qebreyesusa çatdırmağı xahiş edib. 

Qonaq qlobal səhiyyə liderliyi sahəsində Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi həyata keçirdiyi fəaliyyətin çox yüksək qiymətləndirildiyini qeyd edib.

O, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun 2020-ci ilin mayında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn Zirvə görüşünün keçirilməsinə, Azərbaycanın vaksinlərin ədalətli, bərabər bölgüsünə dair qətnamənin təşəbbüskarı olmasına və həyata keçirdiyi fəaliyyətə görə minnətdarlığını bildirib.

Hans Henri Klugen Azərbaycanın pandemiya dövründə 80-dən artıq ölkəyə dəstək göstərdiyini qeyd edib, ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində yaratdığı COVID-19-a qarşı mübarizə üzrə məlumat bazası sisteminin çox səmərəli olduğunu və Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə böyük töhfə verdiyini deyib. 

Söhbət zamanı Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. 

Hans Henri Kluge BMT-nin rezident əlaqələndirici ofisinin və ÜST-ün Bakı ofisinin nümayəndələrinin də daxil olduğu missiyanın Azərbaycanın Qarabağ bölgəsinə həyata keçirdiyi səfərinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. 
Prezident İlham Əliyev COVID-19-a qarşı mübarizədə ÜST-ün ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirib, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi 80-dən artıq ölkəyə yardım etməsindən, Qoşulmama Hərəkatı çərçivəsində COVID-19-a qarşı mübarizə üzrə məlumat bazası sistemi yaradılmasından və vaksin həmrəyliyi ilə bağlı səylərimizdən danışıb. 

Dövlət başçısı Azərbaycanın milli, regional və beynəlxalq səviyyədə yardım proqramlarını həyata keçirdiyini vurğulayıb. 

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı bildirib ki, Qarabağda yerli əhali arasında təşviş yaradan və onları Ermənistana köçməyə məcbur edən məhz qondarma rejim olub. 

Dövlət başçısı vurğulayıb ki, “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasından etibarən Azərbaycan tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə tibbi təxliyələrin təşkili prosesinə dəstək göstərilib. 

Prezident İlham Əliyev Xankəndidə yanacaq stansiyasında baş vermiş partlayışdan sonra Azərbaycan yanğınsöndürənlərinin bu yanğının qarşısını aldığını, zərərçəkmiş insanlara dəstək göstərildiyini, hazırda Azərbaycanın tibbi heyətinin Xankəndidə yerli əhaliyə xidmətlər göstərdiyini diqqətə çatdırıb. 

Azərbaycan Prezidenti Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələrinin yerlərdə xidmət göstərdiklərini, əhalinin qeydiyyata alınması prosesinin başlandığını, bunun üçün ayrıca portalın fəaliyyət göstərdiyini bildirib, gündəlik ehtiyacların ödənilməsi və qida təchizatı üçün aidiyyəti qurumların yerində xidmət apardıqlarını deyib. 

Dövlət başçısı ərazidə mühüm infrastruktur obyektlərinin, eləcə də tarixi, dini və mədəni abidələrin polis tərəfindən mühafizə olunduğunu, elektrik təchizatının həyata keçirildiyini bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, bütün bunlar Qarabağın erməni sakinlərinin reinteqrasiyası proqramının hazır olmasının və həyata keçirilməsinin göstəricisidir. 
Görüşdə yaxın vaxtlarda BMT-nin Azərbaycanda rezident əlaqələndirici ofisinin təşkilatın aidiyyəti ixtisaslaşmış qurumlarının nümayəndələri ilə birlikdə ərazilərə yenidən səfər edəcəkləri diqqətə çatdırılıb, ölkəmizin bu prosesi dəstəklədiyi qeyd olunub. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi – FOTO

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi – FOTO

Kardioloq qan təzyiqini aşağı salan tərəvəzi açıqladı

Kardioloq qan təzyiqini aşağı salan tərəvəzi açıqladı

İsrail seçkilərindən SON XƏBƏR: Netanyahu bloku 53, müxalifət 48 mandat qazanır

İsrail seçkilərindən SON XƏBƏR: Netanyahu bloku 53, müxalifət 48 mandat qazanır

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz olmayacaq

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz olmayacaq

Paşinyan: “Sülh sazişi imzaladıqdan sonra baş nazir vəzifəsini başa vuracam”

Paşinyan: “Sülh sazişi imzaladıqdan sonra baş nazir vəzifəsini başa vuracam”

Köhnə "Nokia"larda da "ChatGPT"dən istifadə REALLIĞA ÇEVRİLİR

Köhnə "Nokia"larda da "ChatGPT"dən istifadə REALLIĞA ÇEVRİLİR

11-ci sinif şagirdi motosiklet qəzasında HƏYATINI İTİRDİ – ÖZƏL - VİDEO

11-ci sinif şagirdi motosiklet qəzasında HƏYATINI İTİRDİ – ÖZƏL - VİDEO

Avropa Mərkəzi Bankının rəhbəri bu tarixdə vəzifəsindən ayrılacaq

Avropa Mərkəzi Bankının rəhbəri bu tarixdə vəzifəsindən ayrılacaq

Ukraynanın energetika naziri İlham Əliyevə təşəkkür etdi

Ukraynanın energetika naziri İlham Əliyevə təşəkkür etdi

Dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Azərbaycandan göndərilən növbəti humanitar yardım Ukraynaya təhvil verildi – FOTO

Azərbaycandan göndərilən növbəti humanitar yardım Ukraynaya təhvil verildi – FOTO

Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

AKP-çilərin “müttəfiqi”ndən Türkiyəyə bayram “hədiyyəsi” – Cümhuriyyət bayramı günü Fələstin lideri Yunan Kiprində

AKP-çilərin “müttəfiqi”ndən Türkiyəyə bayram “hədiyyəsi” – Cümhuriyyət bayramı günü Fələstin lideri Yunan Kiprində

Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi

Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi

Rusiya Kiyev vilayətində quşçuluq fabrikinə zərbə endirdi

Rusiya Kiyev vilayətində quşçuluq fabrikinə zərbə endirdi

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit həlak oldu

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit həlak oldu

Yüz manatlıq geyimin pulunu bir qəpiklərlə də ödəyə bilərsiniz – Marketlər imtina edərsə...?

Yüz manatlıq geyimin pulunu bir qəpiklərlə də ödəyə bilərsiniz – Marketlər imtina edərsə...?

Paşinyan: "Müstəqillik Bəyannaməmizin mətni antidövlət xarakterlidir"

Paşinyan: "Müstəqillik Bəyannaməmizin mətni antidövlət xarakterlidir"

Evdən çıxanda telefonun bu funksiyalarını söndürün

Evdən çıxanda telefonun bu funksiyalarını söndürün

Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir? - Foto

Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir? - Foto

“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

Evdə çəkilən foto ünvanınızı tapa bilər - ABŞ-da yeni süni intellekt qalmaqalı

Evdə çəkilən foto ünvanınızı tapa bilər - ABŞ-da yeni süni intellekt qalmaqalı

End of content

No more pages to load

RADİO