“BMT missiyası Azərbaycanın sülh istədiyini görməlidir” - Hikmət Babaoğlu

“Azərbaycan bütün hallarda dövlət ağlı ilə hərəkət edən və hüquq əsaslanan bir ölkədir”.

Bizim.Media xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də sülh mərhələsinə keçid dövründə Azərbaycan daim beynəlxalq hüquqa və insan hüquqlarına sadiq olub:

“Hazırkı mərhələdə sülhün əldə edilməsini çətinləşdirən Azərbaycan ərazisində olan Ermənistanın silahlı birləşmələrinin ölkəmizin ərazisindən çıxarılması məsələsində də yenə Azərbaycan Konstitusiyasına, beynəlxalq hüquqa söykənərək şəffaf qərarlar qəbul etdi və həmin qərarların icrasını bütün dünyanın gözü qarşısında beynəlxalq hüquq, müharibə qanunlarına əsaslanaraq həyata keçirdi.

Ancaq sülh istəməyən qüvvələr – başda ermənilər və onların hamiləri olmaqla sanki Qarabağ ərazisində hansısa hüquqsuz hadisələrin olması ilə bağlı dünya ictimaiyyətinə yalan informasiyalar ötürməyə başladılar.

Azərbaycan bunun olmadığını bir daha dünyaya nümayiş etdirmək üçün BMT-nin müvafiq missiyası ilə əməkdaşlıq etməyə hazır olduğunun bildirdi və həmin missiya artıq Azərbaycandadır. Ancaq məsələ ondadır ki, Azərbaycan 30 il torpaqları işğal altında olanda BMT-nin həmin missiyasını dəvət etsə də, onlar gəlməmişdilər.
Bütün bunlara baxmayaraq, Qarabağda yaşayan erməni sakinlərə qarşı hər hansı zorakılıq tətbiq edilmədiyi gerçəkliyini görmək üçün BMT-nin missiyası Azərbaycandadır. Bu, Azərbaycanın məhz hüquqi dövlət kimi davranmasının göstəricisidir”.

Deputat qeyd edib ki, Vətən müharibəsi bitdikdən dərhal sonra Azərbaycan bəyan edib ki, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan Konstitusiyası çərçivəsində layiqli vətəndaş kimi Azərbaycan cəmiyyətinə inteqrasiya etməkdə maraqlıdır:

“Çox təəssüf ki, ermənilər bunu qəbul etmədilər. Ancaq buna baxmayaraq, Azərbaycan dövlət səbri ilə hərəkət edərək 3 il ərzində onlara seçim etmək üçün vaxt verdi, Azərbaycan cəmiyyətinə inteqrasiyaları üçün hazırlıq mərhələsini müəyyənləşdirdi.

Amma çox təəssüf ki, nəticə etibarilə Qarabağda yaşayan ermənilər Azərbaycanın onlara göndərdiyi humanitar yardımı belə qəbul etmədilər. Azərbaycanın humanitar missiyasına qarşı həqarət nümayiş etdirdilər. Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaqdansa tam əksinə, Azərbaycanı dünyada siyasi şantaj etməyə başladılar ki, bu da yolverilməzdir. 

Ona görə Azərbaycan yenidən məhz Azərbaycan bayrağı altında ölkəmizdə yaşamağı təklif etdi. Yevlaxda erməni icması ilə keçirilən birinci görüşdə də əsas prinspial təklif ondan ibarət idi ki, Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq erməniləri cəmiyyətimizə reinteqrasiya etməyə çağırdı.

Ancaq ötən illər ərzində dünyada yaşayan və Qarabağda yaşayan ermənilər Azərbaycana qarşı elə bir etnik nifrətlə tərbiyə olunublar ki, onlar bunu qəbul edə bilmədilər. Onlar əslində sülhü, Azərbaycanla birgə yaşayışı qəbul edə bilmədilər və özləri könüllü şəkildə Azərbaycandan getməklə bağlı qərar qəbul etdilər.
Azərbaycan da yenə qanuni şəkildə buna şərait yaratdı. Məsələnin paradoksal halı odur ki, Azərbaycan Qarabağda yaşayan erməniləri vətəndaşlığa qəbul etməyə çağırdığı bir vaxtda Qarabağdakı separatçı rejimin rəhbərliyi və Ermənistanın siyasi hakimiyyəti onları bundan imtina etməyə çağırdı, Qarabağdan köçməyə sövq etdi.

Beləliklə, hazırkı mənzərə yarandı. Yəni bu gün Qarabağda yaşayan ermənilərin Azərbaycan ərazisini tərk etmələri separatçıların, Ermənistan hakimiyyətinin radikal mövqeyi kontekstində baş verir.

Azərbaycan isə bu ağır şərtlər çərçivəsində də ermənilərin təhlükəsizliyini təmin edir, onların rahat köç etmələri üçün bütün imkanları yaradır. Üstəlik, köç üçün zəruri olan bütün nəqliyyat vasitələrini, yanacağı və digər humanitar vasitələri təmin edir.

O cümlədən gələcəkdə Azərbaycana qayıdaraq Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən erməni sakinlər üçün xüsusi elektron portal yaratdı. Kim qayıtmaq istəyirsə, Azərbaycan onun bu hüququnu təmin etməyə zəmanət verir. BMT missiyası və bütün dünya Azərbaycanın necə humanist davrandığını, sülh istədiyini görməlidir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Göyçayda kişini ilan sancdı

Göyçayda kişini ilan sancdı

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Ermənistan 120 hərbçisini itirib

Ermənistan 120 hərbçisini itirib

End of content

No more pages to load

RADİO