Prezident Səudiyyə Ərəbistanı Kralını TƏBRİK ETDİ 

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda məktub ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Əlahəzrət, 

Əziz Qardaşım, 

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. 

Biz Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, İslam həmrəyliyi kimi möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərə xüsusi əhəmiyyət veririk.

Yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələri əhatə edən ikitərəfli və çoxtərəfli müstəvidə faydalı əməkdaşlığımız, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz qardaş ölkələrimiz arasında çoxşaxəli əlaqələri səciyyələndirən başlıca amillərdəndir.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığın inkişafında və möhkəmlənməsində Sizin böyük xidmətləriniz vardır və biz bunu yüksək qiymətləndiririk. 

Siyasi əlaqələrimizin hazırkı səviyyəsi və fəal dialoqumuz bütün sahələrdə, xüsusilə də energetika və investisiya qoyuluşu sahələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə qarşılıqlı fəaliyyətimizin daha da genişləndirilməsi üçün yaxşı zəmin yaradır.

Alternativ və bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının aparıcı “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirdiyi layihəni əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirirəm. 

Biz Səudiyyə Ərəbistanına Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə görə minnətdarıq. 

Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir. 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah bu ərazilərdə qaz kəsiləcək

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

Ərdoğan və Trampın nümayəndə heyətləri arasında görüş keçirildi

Ərdoğan və Trampın nümayəndə heyətləri arasında görüş keçirildi

Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" – VİDEO

Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" – VİDEO

Zimbabve "ASAN xidmət" modelini tətbiq edəcək - FOTO

Zimbabve "ASAN xidmət" modelini tətbiq edəcək - FOTO

ABŞ Türkiyəyə qarşı sanksiyaları LƏĞV EDƏCƏK

ABŞ Türkiyəyə qarşı sanksiyaları LƏĞV EDƏCƏK

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu - FOTO

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu - FOTO

Tramp Avropanı hədələdi: “Daha mövcud olmayacaq"

Tramp Avropanı hədələdi: “Daha mövcud olmayacaq"

Ceyhun Bayramov ABŞ senatorunu qəbul etdi - FOTO

Ceyhun Bayramov ABŞ senatorunu qəbul etdi - FOTO

Bakıya gətirilən bahalı dərmanlar gömrükdə SAXLANILDI

Bakıya gətirilən bahalı dərmanlar gömrükdə SAXLANILDI

Tramp: “Ora ABŞ nəzarət etməlidir”

Tramp: “Ora ABŞ nəzarət etməlidir”

End of content

No more pages to load

RADİO