Britaniyalı nazir Qarabağ müharibəsindən qorxuya düşdü – “Yeni texnologiyalar əldə etməliyik”

Böyük Britaniya Azərbaycan ordusunun 2-ci Qarabağ müharibəsindəki döyüş təcrübəsini də nəzərə alaraq öz ordusunu yenidən qurur, silahlanma konsepsiyasını dəyişir. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumat Britaniya Müdafiə Nazirliyinin saytında yer alıb. 

Mənbə yazır ki, hökumətin hazırladığı yeni konsepsiya martın 22-də parlamentin müdafiə məsələləri komitəsinə təqdim edilməliydi.

Britaniya ordusunda islahatlar yeni xüsusi təyinatlı qüvvələrin yaradılmasını da nəzərdə tutur. Plana əsasən reyncerlərdən ibarət 4 xüsusi təyinatlı batalyon yaradılacaq, ehtimal edilir ki, onların ilk xidmət yeri Mozambik və Somali olacaq.

 

MÖVZU İLƏ BAĞLI:

Böyük Britaniya Minsk Qrupunda həmsədrliyə iddialıdır – Mübarizə başladı


Reyncerlər xarici hərbçilərə təlim keçmək üçün dünyanın müxtəlif yerlərinə göndəriləcəklər, daha sonra zərurət yaransa təlim keçdikləri bölmələri döyüşlərdə müşaiyət edəcəklər.

İlk batalyon gələn ilin əvvəllərində hazır olacaq, onlar Britaniya ordusunun mövcud polklarından seçilən hərbçilərdən təşkil ediləcək və Hempşirdə yerləşəcək.

Reyncerlər Britaniyanın SAS və SBS komandosları kimi məxfi bölmələr olmayacaq, paraşüt polku və kral dəniz piyadaları kimi elit bölmələr kimi fəaliyyət göstərəcək.

Hökumətin hazırladığı konsepsiyada yaxın onillik ərzində silahlı qüvvələrin forma və ölçüləri əks olunur. Gözlənilir ki, nazirlər və ordu komandanları müdafiə sahəsinə əlavə vəsaitlərin ayrılmasını razılaşdıracaqlar, habelə kibernetika, kosmos və rəqəmsal rabitə sahəsinə diqqəti artırmaqla personalın ixtisarını aparacaqlar.

Habelə gözlənilir ki, tankların və digər zirehli texnikanın da sayı azaldılacaq, nəticədə müasir texnologiyalara yönəltmək üçün əlavə vəsait əldə ediləcək.

Müdafiə naziri Ben Uolles personalın ixtisarına diqqət yönəltməyib, amma bildirib ki, yeni strategiya maliyyə vəsaitlərinə deyil, təhdidlərə əsaslanır. “Personalın bəzi hallarda artırılması və bəzi hallarda ixtisarı baş verəcək, bu da bizim investisiyaları hara yönəltməyimizdən asılı olacaq”,-o bildirib.

Müdafiə naziri əlavə edib ki, bəzi yeni texnologiyalar müəyyən işlərin yerinə yetirilməsi üçün daha az adamın gərək olduğunu göstərir. Bu sadəcə olaraq sistemin və silah texnologiyalarının təbiətindən irəli gəlir.

Britaniya ordusunun komandirləri silahlı qüvvələrin bütün dünyada daha azsaylı, amma daha yaxşı təlim keçmiş bölmələr vasitəsilə fəaliyyətini təmin etməkdə tam qətiyyətlidirlər.

Ordunun Baş qərargah rəisi, general Mark Karlton-Smit Sky News-a bildirib: 

“Biz ordunun bütün Afrikada, xüsusən də Şərqi Afrikada necə hərəkət etdiyini görürük. Biz görürük ki, ordu Latın Amerikasında daha dayanıqlıdır və hətta Hind-Sakit okean sahillərinə qədər yayılıb”.

 

Bundan əvvəl Böyük Britaniyanın nüvə arsenalını 40 faizə qədər artırmaq planları açıqlanmışdı. Hərbi sahədəki mənbələr deyiblər ki, bu plan narahatlıq doğursa da ölkənin nüvə qüvvələrinin “etibarlı və aktual” olması üçün başqa seçim yoxdur.


Parlamentin müdafiə məsələləri üzrə komitəsinin sədri Tobias Ellvud isə bildirib ki, hərbi xərclərin yeni təhdidlərə adaptasiya edilməsi adi silahların ixtisarına gətirib çıxara və nəticədə yeni təhdidlər yarada bilər.

Çünki yeni təhdidlər yaransa da köhnələr qüvvədən düşməyib. O, ölkənin bütün spektrdə təhdidlərə davam gətirməsi üçün hərbi xərcləri azı 3 faiz artırmağın zəruri olduğunu deyib.

Müdafiə naziri isə deyib ki, Liviya və Azərbaycanda ucuz pilotsuz təyyarələrin tanklar və zirehli transportyorlar kimi bahalı müasir avadanlıqları məhv etməsi təcrübəsi onu qorxudub.

Bu da Müdafiə Nazirliyində silahlanma məsələsinə baxışı tam dəyişdirib və onlar yeni texnologiyaların əldə edilməsi naminə riskə getməyə hazırdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yer kürəsindəki bütün insanlar eyni anda tullansa, NƏ BAŞ VERƏR?

Yer kürəsindəki bütün insanlar eyni anda tullansa, NƏ BAŞ VERƏR?

Təbaşir yemək və benzin qoxlamaq istəyirsiniz?

Təbaşir yemək və benzin qoxlamaq istəyirsiniz?

Pul xoşbəxtliyə necə təsir edir? — Açıqlama

Pul xoşbəxtliyə necə təsir edir? — Açıqlama

Nəsrinin həyat yoldaşı ilə yaxta gəzintisi – FOTO

Nəsrinin həyat yoldaşı ilə yaxta gəzintisi – FOTO

Bu həftə sevgidə bəxti gətirəcək BÜRCLƏR

Bu həftə sevgidə bəxti gətirəcək BÜRCLƏR

Dünyanın ən gözəl qadını AÇIQLANDI - FOTO

Dünyanın ən gözəl qadını AÇIQLANDI - FOTO

Zelenski daha bir diplomatı vəzifəsindən AZAD ETDİ

Zelenski daha bir diplomatı vəzifəsindən AZAD ETDİ

Evlilikdən uzaq duran 3 BÜRC

Evlilikdən uzaq duran 3 BÜRC

İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir

İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir

Sabah işıqlar söndürüləcək – Küçələr və saatlar

Sabah işıqlar söndürüləcək – Küçələr və saatlar

Tramp Avropanı məhv edən əsas səbəbi AÇIQLADI

Tramp Avropanı məhv edən əsas səbəbi AÇIQLADI

Ərdoğandan vəliəhd şahzadəyə TƏCİLİ ZƏNG

Ərdoğandan vəliəhd şahzadəyə TƏCİLİ ZƏNG

Qızlarının 13 yaşını belə təbrik etdilər – VİDEO

Qızlarının 13 yaşını belə təbrik etdilər – VİDEO

Yollarda sürücüsüz avtobuslar görəsəksiniz - VİDEO

Yollarda sürücüsüz avtobuslar görəsəksiniz - VİDEO

Binəqədidə yeniyetməyə həmyaşıdı tərəfindən BIÇAQLANDI

Binəqədidə yeniyetməyə həmyaşıdı tərəfindən BIÇAQLANDI

Tramp İranla münaqişənin artıq "başa çatdığını" bəyan etdi - VİDEO

Tramp İranla münaqişənin artıq "başa çatdığını" bəyan etdi - VİDEO

“Sumqayıt” braziliyalı hücumçu transfer etdi - VİDEO

“Sumqayıt” braziliyalı hücumçu transfer etdi - VİDEO

Tramp: “Sabah Hörmüz boğazı tamamilə açılacaq”

Tramp: “Sabah Hörmüz boğazı tamamilə açılacaq”

Zelenski: “Azərbaycanla güclü münasibətlər qurmalıyıq”

Zelenski: “Azərbaycanla güclü münasibətlər qurmalıyıq”

“Zirə” legioneri ilə yollarını ayırdı

“Zirə” legioneri ilə yollarını ayırdı

Türkiyəyə məxsus gəmi vuruldu - Yaralılar var - VİDEO

Türkiyəyə məxsus gəmi vuruldu - Yaralılar var - VİDEO

Füzulidə açıq ərazidə yanğın başlayıb - VİDEO

Füzulidə açıq ərazidə yanğın başlayıb - VİDEO

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Netanyahu: “Dünyada insanların tərk edə bilmədiyi iki yer var”

Netanyahu: “Dünyada insanların tərk edə bilmədiyi iki yer var”

End of content

No more pages to load

RADİO