Sentyabrın 18-dən etibarən Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mövsümlə əlaqədar kəskin respirator virus infeksiyasına, COVID-19 və qripə yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabinetinin binasında maska rejimi və digər profilaktik məhdudiyyətlər tətbiq olunur.
Bununla belə, əməkdaşlar arasında şəxsi ünsiyyət, eləcə də ölkədaxili və xarici ezamiyyətlərin sayı da məhdudlaşdırılacaq.
Bizim.Media