Ermənistana Arazdəyəndə dəyən ZƏRBƏ – Metallurgiya zavodu niyə KÖÇÜRÜLÜR?

Məlum olduğu kimi, Ermənistan mətbuatı Azərbaycanla sərhəddə yerləşən Ermənistanın Arazdəyən yaşayış məskənində tikilməkdə olan metallurgiya zavodunun başqa yerə köçürülməsi ilə bağlı məlumat yayıb.

Avropa İttifaqının Ermənistandakı mülki missiyası da “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində zavodun başqa yerə köçürüldüyünü təsdiqləyib.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib ki, Ermənistanın bununla bağlı atdığı addımlar əvvəldən yanlış idi


MÖVZU İLƏ BAĞLI:

Ermənilər Azərbaycanla sərhəddə tikilən zavodu başqa yerə KÖÇÜRÜR

 


“Dünyada su ehtiyatlarının tükəndiyi və hər damlasının qiymətli olduğu bir vaxtda Azərbaycan öz ehtiyatlarının Ermənistan tərəfindən bu şəkildə çirklənməsinə və zəhərlənməsinə icazə verə bilməzdi.

Çünki, bu təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün ekoloji problemlər yarada bilərdi. Ekoloji cəhətdən təhlükə mənbəyi olan müəssisələrin iki ölkənin sərhəddində inşa olunması əvvəlcədən həmsərhəd ölkələrlə razılaşdırılmalıdır.
Bu, beynəlxalq hüququn tələbləridir. Hamıya məlumdur ki, Ermənistandakı Qacaran mis-molibden və Qafan filiz emalı zavodları tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması Azərbaycanın içməli su mənbələrini çirkələndirməklə yanaşı, həm çay faunasını, ekosistemini məhv edir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəli vəziyyət yaradır.

Bənzər vəziyyət Arpaçay-Arazçay vadisində yaşana bilərdi. Əgər bu zavod tikilib istifadəyə verilsəydi, təbiətə və transsərhəd çaylarına, su ehtiyatlarına çoxlu miqdarda zəhərli maddə buraxılacaqdı.

Belə olan halda Azərbaycan əlində olan bütün mümkün vasitələrlə bu cür təyinatı bəlli olmayan müəssisənin tikintisinə qarşı çıxdı. Həqiqətən də, zavod hazırda demontaj edilirsə, dövlətimiz öz məqsədinə çatıb”.

Onun sözlərinə görə, ermənilərin geriyə addım atması, əslində onların artıq beynəlxalq hüquqla hesablaşması deməkdir: “Ermənistan bu məsələ çox israrlı idi. Bəhanəsi də o idi ki, zavodu ABŞ ilə birlikdə inşa edir. Bir növ “siyasi blef” edirdi. Ancaq Azərbaycan lazım olan bütün tədbirləri həyata keçirdi.

Bu məsələdə ikinci təhlükəli bir məqam var. Belə ki, tikildiyi ərazi hazırda inşası davam edən Zəngəzur dəhlizinə məxsus yolların üzərində yerləşir. Yəni, İrəvandan dəmir yolu xətti də Arazdəyəndən keçərək Naxçıvanın Sədərək rayonuna daxil olur və oradan da Ordubad-Mincivan-Zəngilan yolu ilə ölkəmizin ərazisinə daxil olur. Bir sözlə, bu müəssisə kommunikasıiya xətləri ilə hərəkətə təhlükə yaradacaqdı”.

Deputat bildirib ki, bu müəsssisənin təyinatı həqiqətən də metallurgiya istehsalı ilə bağlı olacaqsa, o zaman xammal 100-150 km məsafədən daşınmalıdır ki, bu da onun iqtisadi səmərəliliyini şübhə altına alırdı:

Burdan da aydın olur ki, əslində metallurgiya zavodu olmayacaqdı və təyinatı başqa idi. Rəsmi Bakı bütün hallarda öz şübhələrində doğru idi. Ermənistanın bir addım geri atması isə həm bizim haqlı olduğumuzu, həm də bu şübhələrin həqiqətliliyini sübuta yeririr. Eyni zamanda, bu, Azərbaycanın böyük nailiyyətidir”.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan hökuməti Ermənistandan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Arazdəyəndə iri metallurgiya zavodunun tikintisini dayandırmağı tələb edib.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bununla bağlı Ermənistanın ətraf mühit nazirinə müvafiq məktub ünvanlayıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Nazir onu işdən ÇIXARDI

Nazir onu işdən ÇIXARDI

End of content

No more pages to load

RADİO