Putindən Paşinyana SƏRT MESAJ – Ermənistanı hansı sürpriz GÖZLƏYİR?

Xəbər verdiyimiz kimi Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında ötən gün sensasion açıqlamalar  verib. 

Bu açıqlamaları ilə Putin 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin arxasında Rusiyanın dayandığını dolayısı ilə etiraf etmiş oldu. Lakin, burda diqqət çəkən daha önəmli məqam var. 

Rusiya Prezidenti bu etirafları niyə 30 ildən sonra və hansısa İqtisadi Forumda edib? 
 

MÖVZU İLƏ BAĞLI:

Putin: "Ermənistanın özü Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyıb" - VİDEO


Təbii ki, məsələyə soyuq başla yanaşanda bu sualların cavabı aydın olur. Ötən gün Rusiya lideri Ermənistan siyasi hakimiyyətinə və revanşistlərə açıq şəkildə bildirdi ki, 30 il Moskva ermənilərin işğalçılıq siyasətinə dəstək verib.

Hətta bu işğalın yekununa hüquqi don geyindirməyə də çalışıb. Bunun üçün Azərbaycanla nəinki münasibətlər korlanıb, həm də Azərbaycanın ərazilərinin bölünməsi masaya gətirilib. Lakin, ermənilərin sərsəm ideyaları və Azərbaycanın qətiyyəti bu bədnam planı pozub.

Putin bu bəyanatlarla açıq şəkildə bildirdi ki, Rusiya daha əvvəlki kimi Ermənistanın arxasında dayanmaq istəmir. Çünki, Ermənistanın siyasi hakimiyyəti Kremlin sinirləri ilə oynayır. Daha dəqiq desək, Ermənistan özünə yeni ağa, yeni arxa axtarır. Və Moskvanın siyasi-iqtisadi boyunduruğundan qurtulmaq istəyir. 
Təbii ki, bu da Rusiya üçün arzuolunmaz vəziyyətdir. Ona görə də son günlər Rusiyadan anti-Ermənistan bəyanatları çoxalıb. Hətta qatı millətçi olan Marqarita Simonyan, Aram Qarbrielyanov və digərləri də anti-Ermənistan bəyanatları ilə çıxış edir.

Bütün bunlarsa onu göstərir ki, Rusiya ilə Ermənistan arasında münasibətlər kifayət qədər gərgindir. Və heç yaxın vaxtlarda yumşalana da oxşamır. Belə olsa idi Putin dünən səsləndirdiyi fikirləri Paşinyana bağlı qapılar arxasında deyərdi. Lakin, Rusiya lideri Ermənistanın siyasi rəhbərliyinə ünvanladığı fikirləri publika qarşısında deməyi üstün tutdu.

Ermənistan vahimə içindədir

Vladimir Putinin Vladivostokda səsləndirdiyi fikirlərdən sonra rəsmi İrəvanda təlaş yaranıb. Və hətta Paşinyan sorğulanıb ki, “Azərbaycanla bağlı digər ölkələrin liderlərinə zəng etdiyin halda Rusiya Prezidentinə niyə telefon açmırsan?”

Paşinyansa suala birbaşa cavab verməkdən yayınaraq deyib ki, “onsuz da Valadimir Vladimiroviçin hər şeydən xəbəri var. Ona zəng edib nə deyim?”

Bununla da Paşinyan Putinlə aralarındakı soyuqluğu dilə gətirib. Görünür, Paşinyan Putinə zəng edib. Lakin Putin zənglərə cavab verməyib. O da məktub yazmaq məcburiyyətində qalıb.

Yada salaq ki, belə bir vəziyyət 2020-ci ilin sentyabrında olub. O zaman Paşinyan müharibə ritorikaları və siyasi hoqqabazlığı rəsmi Moskvanı hövsələdən çıxartmışdı. Nəticə isə təkcə Paşinyan üçün yox, bütün ermənilər üçün yaxşı olmadı.

44 günlük müharibədə Paşinyan demək olar ki, telefonun yanında yatırdı. Və davamlı zəngləri ilə Putini bezdirsə də Paşinyanın bütün cəhdləri cavabsız qaldı. 

Tarix deyəsən təkrar olur. Putin yenə də Paşinyanın zənglərinə cavab vermir. Bəs, bu dəfə Ermənistanı hansı sürpriz gözləyir?

Bu sualın cavabınsa yaxın günlərdə biləcəyik.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Nazir onu işdən ÇIXARDI

Nazir onu işdən ÇIXARDI

End of content

No more pages to load

RADİO