Qondarma “rəhbər”in intim macəraları: Arayikin məşuqəsi və brilyantları ilə bağlı ŞOK FAKTLAR - FOTO

Qarabağdakı separatçı rejimin “rəhbəri” Arayik Arutyunanla bağlı rüsvayedici və şok məlumatlar yayılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “AzFront” teleqram kanalında məlumat yayılıb. 

Kanal bununla bağlı xəbərlərin Ermənistan gündəmini zəbt etdiyini bildirir. Söhbət separatçı rejimdə “yüksək vəzifədə işləmiş” bir şəxsin məktubunun yayılmasından gedir. 

Məktubun məzmunundan belə aydın olur ki, müəllif bu il avqustun 31-də “prezident” vəzifəsindən istefa vermiş Araik Arutyunyanın keçmiş yaxın adamıdır. Onun sözlərinə görə, Araik Arutyunyan separatçı rejimdə bir çox siyasi prosesləri gözəgörünməz şəkildə idarə edərək separatçılar arasında indi də ən nüfuzlu fiqur olaraq qalır.  

Belə görünür ki, bu il sentyabrın 9-da orada keçirilən yeni “prezident seçkiləri” əslində bir uydurmadır, çünki “seçilmiş” Şahramanyan tamamilə sələfinin nəzarətindədir. 

Bunun fonunda, Arutyunyanın keçmiş ən yaxın adamlarından biri, onun ən dərin sirlərinə bələd olan bir şəxs keçmiş “müdirinin” şəxsi həyatının maraqlı təfərrüatlarını ictimaiyyətə açıqlamaq qərarına gəlib.  


Məktubun məzmununa əsasən, səbəb bu yaxınlarda Kremlin himayədarı Vardanyanın noyabrda “hökumət başçısı” (“dövlət naziri”) vəzifəsinə təyin edilməsindən sonra baş vermiş münaqişə olub. 

Nəticədə məktubun müəllifi “eks-prezident”in ən mühüm sirlərindən birini açıqlayıb. Məlum olub ki, uzun illər onun rəsmi ailəsindən başqa bir ailəsi də olub, sadəcə bu heç yerdə “afişa edilməyib”. 

Dərc olunmuş məktubdan belə çıxır ki, Arutyunyanın birinci arvadı Kristine Arutyunyan bu günə qədər ərinin ikinci “arvadının” varlığından belə şübhələnməyib. Onun adı Liana Adamyandır. O, tanınmış jurnalist və ictimai fəaldır. Və əgər Arutyunyanın rəsmi nikahından üç qızının olduğu bəllidirsə, məşuqəsindən isə bir oğlu və bir qızı var. 


“Eks-prezident”in keçmiş yaxın adamının dediyinə görə, Liana Adamyan İrəvanda elit yaşayış kompleksinin dəbdəbəli mənzilində yaşayır (kv. 1100 dollar), mütəmadi olaraq xaricə eksklüziv olaraq biznes-klassda uçur və yalnız ən bahalı otellərdə gecələyir. Üstəlik, varlı himayədarı ilə mübahisə etdikdən sonra barışıq əlaməti olaraq ondan yalnız brilyant qəbul edir. 

Qeyd edək ki, adıçəkilən jurnalistin dəbdəbəli həyatı elə onun özü tərəfindən sosial şəbəkələrdə açıq şəkildə sərgilənir. 


Araik Arutyunyanın keçmiş yaxın adamının dediyinə görə, fotolar uzun illər onun “ikinci arvadı” (rəsmi həyat yoldaşı ilə eyni vaxtda) olmuş Liana Adamyanın Facebook səhifəsindən götürülüb.

Təqdim olunan fotoşəkillər, eləcə də Adamyanın Facebook səhifəsindəki çoxsaylı qeydlər onun qlamur həyat tərzi sürməsi barədə deyilənləri təsdiqləyir. Liana Adamyan bahalı restoranlara, elit şənliklərə, İrəvanda moda nümayişlərinə baş çəkir, brend butiklərdəki mağazalardan alış-veriş edir. Üstəlik bu “məftunedici sevgili”yə ayrılan pullar Arutyunyanın “prezident” olduğu vaxtlarda separatçıların büdcəsindən ödənilib. 


Bütün bunlar isə Qarabağda sepratçıların nəzarətində qalan ərazilərdə yaşayan erməni sakinlərinin “aclığı”, “inanılmaz iztirabları” və “məhrumiyyətləri” barədə səs-küylü bəyanatlar fonunda baş verib! 

Məktub müəllifinin fikrincə, illərlə ailəsinə xəyanət edən və bunu illər boyu məharətlə gizlədən şəxs öz “xalqına” da eyni hərəkəti edə bilərdi. 





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Livanda ölənlərin siyahısına daha 30 nəfər əlavə olundu

Livanda ölənlərin siyahısına daha 30 nəfər əlavə olundu

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

End of content

No more pages to load

RADİO