İrəliləmək çətinləşsə belə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı havalar soyuduqdan sonra da davam edəcək.
Bizim.Media “Reuters“ə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
“Mübarizə bu və ya digər şəkildə davam edəcək. Soyuq, yağış və palçıqda mübarizə aparmaq daha çətindir. Ancaq əks-hücum davam edəcək”, - deyə rəis bildirib.
Bizim.Media