Rusiya hərbçiləri Xerson vilayətinin Odradokamyanka kəndini havadan bombalayıb.
Bizim.Media “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.
Nəticədə üç mülki şəxs - iki qadın və bir kişi həlak olub. Daha 4 yerli sakin yaralanıb.
Klimenko bildirib ki, əməliyyat-istintaq qrupları, kriminoloqlar, xilasedicilər və könüllülər atəşin nəticələrinin aradan qaldırılması üçün çalışırlar.

Bizim.Media