Kubada Ukraynadakı müharibədə Rusiya tərəfindən döyüşmək üçün insanları cəlb edən dəstə ifşa edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Kuba Daxili İşlər Nazirliyinin polkovniki Sezar Rodriges məsələ ilə bağlı bunları deyib:
"Araşdırmalar nəticəsində indiyədək 17 nəfər həbs edilib, onların arasında bu fəaliyyətlərin daxili təşkilatçısı da var".
Saxlanılan şəxslər insan alveri, muzdluların cəlb edilməsi və xarici dövlətə qarşı düşmənçilik hərəkətləri etməkdə ittiham olunurlar.
Onlar 30 il müddətinə qədər həbs oluna bilərlər.
Bizim.Media