Rusiya ordusu Ukraynada ötən gün 550 hərbçi itirib. Bununla da itkilərinin sayı 260 820-yə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Mənbə yazır ki, bundan başqa, Rusiya ordusunun indiyədək 4 396 (+6) tank, 8 554 (+15) zirehli döyüş maşını, 5 403 (+24) artilleriya sistemi, 728 (+2) reaktiv yaylım atəş sistemi, 315 təyyarə, 316 helikopter, 4 378 (+11) PUA, 1 411 qanadlı raket, 498 hava hücumundan müdafiə sistemi, 7 854 (+31) avtomobil texnikası və 808 (+4) xüsusi texnikası məhv edilib.
Bizim.Media