Prezident və birinci xanım Laçının mebel fabrikinin açılışında iştirak edib - FOTO

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olublar. 

Bizim.Media xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və Xanımı “İstisu”da Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldular


Bildirildi ki, bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir.

Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub.

Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub. 

Prezident İlham Əliyev mebel fabrikini işə saldı. 

Prefabrik modul evlərin istehsalı müəssisəsi ilə tanışlıq zamanı məlumat verildi ki, burada ildə 200 ev hazırlanacaq. Prefabrik evlərə qonaq, mətbəx, yataq otaqları və sanitar qovşaq daxildir.

Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub. 
Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinə baxış zamanı qeyd olundu ki, burada qoyun kəsimi üçün beş, inək kəsimi üçün üç modul tipli avadanlıq quraşdırılıb. Müəssisənin illik istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir. İstehsal sahəsində kəsim, içalat təmizləmə, soyutma otağı, kiçik hissələrə ayırma, paketləmə konteynerləri yerləşdirilib. Bu müəssisədə 30 nəfər işlə təmin olunacaq. 
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hava Limanında ƏMƏLİYYAT – Bağdaddan gələn yükdə görün nə tapıldı – FOTO

Hava Limanında ƏMƏLİYYAT – Bağdaddan gələn yükdə görün nə tapıldı – FOTO

Avrasiyanın yeni ƏMƏKDAŞLIQ XƏRİTƏSİ – Azərbaycandan Özbəkistana uzanan QARDAŞLIQ KÖRPÜSÜ

Avrasiyanın yeni ƏMƏKDAŞLIQ XƏRİTƏSİ – Azərbaycandan Özbəkistana uzanan QARDAŞLIQ KÖRPÜSÜ

Komitənin yeni Aparat rəhbəri kimdir? -DOSYE

Komitənin yeni Aparat rəhbəri kimdir? -DOSYE

Ən itaətkar bürclər BUNLARDIR

Ən itaətkar bürclər BUNLARDIR

Bu gün yeni restoranının açılışı olacaqdı - Qəzada həyatını itirdi

Bu gün yeni restoranının açılışı olacaqdı - Qəzada həyatını itirdi

“Hadrut fatehi”nin xanımı da tələbə oldu – FOTO

“Hadrut fatehi”nin xanımı da tələbə oldu – FOTO

Bakıda DƏHŞƏT - 8 yaşlı uşaq “reşotka”nın arasında boğularaq HƏYATINI İTİRDİ

Bakıda DƏHŞƏT - 8 yaşlı uşaq “reşotka”nın arasında boğularaq HƏYATINI İTİRDİ

Qruplar üzrə neçə plan yeri BOŞ qaldı? – Rəqəmlər AÇIQLANDI – CƏDVƏL

Qruplar üzrə neçə plan yeri BOŞ qaldı? – Rəqəmlər AÇIQLANDI – CƏDVƏL

Köçəryana qarşı CİNAYƏT İŞİ – Hansı maddələrlə ittiham olunduğu AÇIQLANDI

Köçəryana qarşı CİNAYƏT İŞİ – Hansı maddələrlə ittiham olunduğu AÇIQLANDI

Qaxda REKORD NƏTİCƏ - İki sinfin bütün məzunları tələbə adını qazandı – FOTO

Qaxda REKORD NƏTİCƏ - İki sinfin bütün məzunları tələbə adını qazandı – FOTO

Metro sərnişinlərinin NƏZƏRİNƏ – İş qrafiki dəyişir

Metro sərnişinlərinin NƏZƏRİNƏ – İş qrafiki dəyişir

Robert Köçəryan belə saxlanıldı – ANBAAN VİDEO

Robert Köçəryan belə saxlanıldı – ANBAAN VİDEO

Prezident və birinci xanım Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi – VİDEO

Prezident və birinci xanım Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi – VİDEO

Dünyanı isidir, iqtisadiyyatı “soyudur” – Bəzi məhsulların bahalaşması GÜNDƏMDƏ

Dünyanı isidir, iqtisadiyyatı “soyudur” – Bəzi məhsulların bahalaşması GÜNDƏMDƏ

Tovuzda AĞIR QƏZA – Yaralılar var

Tovuzda AĞIR QƏZA – Yaralılar var

Elçibəyin qardaşı qızının evi əlindən alındı- FOTO

Elçibəyin qardaşı qızının evi əlindən alındı- FOTO

Köçəryanın arvadının mağazalarında AXTARIŞ APARILIR - VİDEO

Köçəryanın arvadının mağazalarında AXTARIŞ APARILIR - VİDEO

Teymur Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİN EDİLDİ

Teymur Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİN EDİLDİ

Ukraynada qadınlar da səfərbərliyə cəlb olunur? – FOTO/VİDEO

Ukraynada qadınlar da səfərbərliyə cəlb olunur? – FOTO/VİDEO

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

Şəhid yoldaşı ali məktəbə qəbul oldu -FOTO

Şəhid yoldaşı ali məktəbə qəbul oldu -FOTO

72 yaşlı motosikletçi qəzada həyatını itirdi

72 yaşlı motosikletçi qəzada həyatını itirdi

Qayınatasını gecə yatdığı yerdə öldürübmüş... – Ağdamdakı qətlin TƏFƏRRÜATI

Qayınatasını gecə yatdığı yerdə öldürübmüş... – Ağdamdakı qətlin TƏFƏRRÜATI

Ali Məhkəmədən sələmçilərə XƏBƏRDARLIQ

Ali Məhkəmədən sələmçilərə XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO