Türkiyənin bir sıra bölgələrində meşə yanğınları davam edir.
Bizim.Media xəbər verir ki, Manisa bölgəsində də meşə yanğını başlayıb.
Yerli mətbuatda çıxan xəbərlərə görə, yanğın Manisanın Kırkağaç rayonunda qeydə alınıb.
Yanğının söndürülməsinə 4 təyyarə, 8 helikopter, 21 su çiləyici, 6 su təchizatı maşını və 3 buldozer cəlb edilib.
Bizim.Media