Cinayət Məcəlləsinin 234-cü və 237-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Oğuz rayon sakini, 1971-ci il təvəllüdlü Elşad Məmmədhənifə oğlu Cabbarov ürək çatışmazlığından ölüb.
Bizim.Media xəbər verir ki, araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. (Report.az)
Bizim.Media