Xəbər verdiyimiz kimi, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova aprelin 22-də vəzifəsindən azad olunub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, direktor vəzifəsi Sevinc Həsənzadəyə həvalə edilib.
Qeyd edək ki, Sevinc Həsənzadə Sabunçu Tibb Mərkəzinin direktorunun terapevtik işlər üzrə müavini vəzifəsində çalışır.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da, hələlik sorğumuza cavab verilməyib.
Xatırladaq ki, son günlər TƏBİB-də aparılan kadr islahatları çərçivəsində Nurəngiz Bəşirova ilə yanaşı, bir sıra xəstəxana direktorları da vəzifələrindən azad olunublar.
Naibə Məmmədova, Bizim.Media