Azərbaycanda 1 il ərzində 40 nəfərin ata adı dəyişdirilib.
Bu barədə Ədliyyə Nazirliyindən Bizim.Media-ya məlumat verilib.
“2025-ci ilin 1 aprel tarixindən bu günədək Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 40 nəfərin ata adının dəyişdirilməsi qeydə alınıb. Onlardan 32 nəfərin ata adının dəyişdirilməsi ötən il, 8 nəfərin ata adının dəyişdirilməsi isə bu il rəsmiləşdirilib”, - deyə verilən məlumatda qeyd edilib.
Nəzrin Mirzəyeva, Bizim.Media