Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 81 vilayətindən 57-nin qubernatorlarını (vali) dəyişib.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə qərar hökumətin və Türkiyə Milli Təhlükəsizlik Şurasının bu həftə keçirilən iclaslarının yekununda qəbul edilib.
Xatırladaq ki, avqustun 2-də Ərdoğanın əmri ilə Türkiyənin 52 vilayətinin təhlükəsizlik idarələrinin rəhbərləri dəyişdirilib.
Bizim.Media